Samux rayon Təhsil Şöbəsinin müdiri Prezidentin tapşırığını kobud şəkildə pozur.
Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova kobud şəkildə qanunları pozur. Beləki, Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “MARAFON” işaxtarma vasitəsi ilə Qarabağ qaziləri, Şəhid ailələrinin işlə təmin olunması haqda göstəriş verilib.
Lakin Nurlana Həsənova ölkə başçısının tapşırığını kobud şəkildə pozaraq, digər şəxsləri “Marafon” vasitəsilə deyil, dolayı yolla Təhsil şöbəsinə tabe olan məktəblərdə işlə təmin edir. Bu da qanun pozuntusudur. Çünki Qarabağ qaziləri, Şəhid ailələrinin üzvlərinin ilk öncə işlə təmin olunması haqqında prezidentin göstərişi vardır. Amma bu göstəriş Samux rayonunda icra olunmur.
Samux rayon Təhsil Şöbəsində özbaşınalıq
Digər məlumata görə isə, Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Samux rayonu üzrə baş mühasibi və Samux Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova, Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Samux rayon bölməsinin rəhbəri ilə birlikdə, Samux İdarəsinə məxsusu olan məktəblərdə əsassız yerə müəllimlərin maaşından pul tuturlar.
Adı çəkilən şəxslərin əlbir olaraq, Samux rayon Təhsil İdarəsinə məxsus məktəblərdən, məzuniyyət vaxtı müəllimlərin maaşından 2 % faiz, digər vaxtlarda isə hər ay 1 % faiz pul tutlmaları haqqında əsaslı faktlarımız mövcuddur.
Yazıda adı çəkilən şəxslərin məktəblərdən müəllimlərin ərizəsi olmadan, rəsmləşmədən, onların əmək haqqından məzuniyyət vaxtı pul tutmasının əsası odur ki, məzuniyyət vaxtı pulun məbləği yüksək olduğundan, müəllimlərim narazılığına səbəb olmasın və belə pulların mənimsənilməsinə asanlıqla nail olsunlar. Bu, vəziyyət hal-hazırda da davam edir.
Qanunsuz pul tutulmaları artıq bir neçə ildir davam edir, aidiyyəti orqanlar araşdırma aparsa, o zaman cinayət yolu ilə əldə edilmiş pul külli miqdarda vəsaitlərinin mənimsəməsi faktı təsdiqini tapar.
Qeyd edək ki, Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova haqqında uzun müddətdir sosial şəbəkədə şikayətlər səngimək bilmir. Dəfələrlə aidiyyatı orqanlara şikayət olunsa da heç bir tədbir görülməyib.
Şikayətçilər Təhsil Nazirliyindən, Maliyyə Nazirliyindən, Hesablama Palatası və Baş Prokurorluqdan məsələ ilə bağlı əsaslı ataşdırma aparılmasını rica edir.voicepress.az