Axtarış...

Bağçalara və məktəblərə “tas” qoyan Nizaməddin Babanlı və Komandası yenə iş başında

Bağçalara və məktəblərə “tas” qoyan Nizaməddin Babanlı və Komandası yenə iş başında


Bilindiyi kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilib.

Buna baxmayaraq Qazaxın keçmiş keçmiş Rayon Təhsil Şöbəsinin müdiri, hazırda Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdir müavini işləyən Nizaməddin Babanlı hələ də bölgədə “at oynadır”.
AMİA.AZ-ın redaksiyasına verilən məlumata görə, N.Babanlı “Biz Babanlılarıq, bizə heç kim heç nə edə bilməz” deyərək “hökmranlıq” edir, nazir Emin Əmrullayevin göstərişlərini heçə sayır.
Belə ki, N.Babanlı və onun komandası, başda Məhəmməd Cəfərov (keçmiş metodiki şöbənin müdiri) Qazaxdakı məktəblərdən rüşvət tələb edirlər.

Nizaməddin Babanlının “komandası” bağça müdirlərini hədələyir, körpələr evi və bağçalara “tas” qoyurlar.

Hətta Qazax Rayon İcra Başçısı Rəcəb Babaşov tərəfindən “DOST” İş Mərkəzi vasitəsi ilə bağçalarda işlə təmin olunan şəxslər məhz Nizaməddin Babanlının şəxsi intirqalarının qurbanı olub. Onlar işlərindən xaric edilib.
Hətta bununla bağlı aidiyyatı orqanlara müraciət edilib.

Nizaməddin Babanlı bütün bu əməlləri törədərkən qardaşlarının kölgəsinə sığınır.
Vəziyyət o yerə çatıb ki, məktələrə gündəliklər və digər dərs vəsaitləri Məhəmməd Cəfərovun əli ilə pul qarşılığında satılır.
M.Cəfərov Nizaməddin Babanlının “qara kassa”sı olub.

Bizə verilən məlumata görə, Məhəmməd Cəfərov hələ Rayon Təhsil Şöbəsinin metodiki şöbəsinin müdiri olarkən Bakıda lüks binaların birində dəyəri 200 min manatdan baha olan mənzil alıb.
N.Babanlının yeni “qara kassa”sı isə hazırda rəsmi işi idman üzrə metodist Məmməd müəllimdir. Ona qeyri-rəsmi olaraq isə kadrlar işini tapşırıılıb.

Sözügedən Məmməd müəllim Nizaməddin Babanlı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Qazax Fillialında (keçmiş) işləyib.

Onu da qeyd edək ki, Keçmiş ADPU-nun Qazax Fillialının (keçmiş) rektoru İsa Veyisov rüşvətə görə həbs olunmuşdu.

Sonradan elə həbsdə də dünyasını dəyişib.

Ancaq maraqlıdır ki, rüşvətin əsas səbəbkarlarından olan, o dövrdə ADPU-nun Qazax Fillialında Təkmilləşdirmə kursunun rəhbəri işləyən Nizaməddin Babanlı sudan quru çıxa bilmişdi.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

AMİA.AZ
Text-to-Speech

DİNLƏ






Şərh yaz