Axtarış...

Mübariz Mənsimovun kölgədə gizlətdiyi GERÇƏK ÜZÜ...

Mübariz Mənsimovun kölgədə gizlətdiyi GERÇƏK ÜZÜ...


Mübariz Mənsimovun qəfil yenidən peyda olması və “təmizə çıxmağa” hesablanmış iddialarını, uydurmalarını tirajlaması, əlaxüsus da özünü “Azərbaycana yaxşılıq etmiş kimi” göstərməsi və “xeyriyyəçi” imici formalaşdırmağa çalışması onun kölgədə qalan gerçək üzünün nə olduğunu ortaya çıxardı.

Əvvəlcə oradan başlayaq ki, Mübariz Mənsimov “yaxşılıq etmişəm” minnətini qoymağa çalışdığı Azərbaycana nə vaxt hücuma keçməyə başladı.

2018-ci ildə “Palmali” şirkətinin ciddi maliyyə çətinliklərinin olduğu ortaya çıxmışdı. Xüsusilə də Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsinin “Palmali Shipping” şirkətlər qrupunun törəməsi olan “Palmali” MMC-ni müflis elan etməsi Mübariz Mənsimov üçün çətin dövrün başlandığının carçısı idi. Biznesdə itirən Mübariz Mənsimov həmin vaxtdan etibarən Azərbaycanla bağlı müxtəlif iddialarını gündəmə gətirməyə, biznesində yaranmış problemlərə görə Azərbaycanda müxtəlif şəxsləri ittham etməyə başladı. Hətta, bir az da irəli gedərək, siyasi iddialarla dolu mesajlar da verməyə start verdi. İndi də öz ampulasındadır və xüsusilə həbs olunandan sonra “təmizə çıxmaq” məqsədilə öz uydurmalarını və saxta ittihamlarını davam etdirir.

Bəs gerçəklik nədən ibarətdir, doğrudanmı Mübariz Mənsimov “təmiz biznes”ə malikdir?

Bu sualın cavabını onun rəhbərlik etdiyi keçmiş “Xəzər Lənkəran” futbol klubundan axtarmağa başlayaq. Çünki “Xəzər Lənkəran” futbol klubu ilə Azərbaycanda futbolsevərlərin, xüsusilə cənub bölgəsində əhalinin sevgisini qazanan Mübariz Mənsimovun kisəsinin ağzını açaraq xeyriyyəçiliklə məşğul olması bir tərəfdən alqışlanırdı, digər tərəfdən isə ciddi şübhələr yaradırdı. Axı onun üçün “dostluq yox, biznes maraqları” var və bu adam nəyə pul xərcləyirsə, deməli oradan qazanc güdür.
Mübariz Mənsimovun kölgədə gizlətdiyi GERÇƏK ÜZÜ...

2015-ci ildə Azərbaycandakı biznes maraqları qayaya rast gələndən sonra Mübariz Mənsimovun qaranlıq tərəfləri də ifşa olmağa başladı. Məlum oldu ki, iş adamı futbol klubuna dəstək vermək və xeyriyyəçi görüntüsü yaratmaqla Azərbaycan dövlətinin böyük vergi imtiyazlarından yararlanırmış. Yəni, qazandıqlarının cüzi hissəsini xeyriyyəyə sərf etməklə, daha çox qazanırmış. Amma Azərbaycanda qazancı azalan kimi “Xəzər-Lənkəran” klubunun qapısını bağladı, “bu stadionu eşşək fermasına çevirəcəm” dedi. Təkcə bu addımı belə reallığın nə olduğunu anlamağa yetərlidir. Lakin hər şey bununla da bitmir...

Bir neçə il öncə Qərb kəşfiyyatı “Palmali” şirkətinə məxsus tankerlərin İŞİD terror təşkilatının neftini daşıdığı haqqında faktları ortaya çıxarandan sonra Mübariz Mənsimovun biznesinin “qaranlıq üzü” də işıqlanmağa başladı.

Araşdırmalardan məlum olur ki, terrorçularla biznes əlaqələrinə məxsus olan Mübariz Mənsimov fəaliyyət göstərdiyi bütün ölkələrdə külli miqdarda vergidən də yayınmağı bacarıb. Əslində onun iflası da biznesinin “qaranlıq tərəflərinin” üzə çıxmasından sonra başladı. Yəni, oğurluğunun ömrü “40 gün çəkmədi”.

Bu gün Mübariz Mənsimovun özünü “Azərbaycan sevdalısı” kimi göstərməsi də biznes çətinliyi yaranandan sonra qurduğu teatrdan başqa bir şey deyil. O, biznesini qorumaq, qazanc əldə etmək üçün Azərbaycan torpaqlarını işğal edən ermənilərlə iş birliyinə belə başladı. Onun ABŞ-da erməni diasporunun fəal üzvü, biznesmen Levon Termenciyanla ortaqlığı çoxdan ifşa olunub. Hətta, Mübariz Mənsimovun Kaliforniyada qeydiyyatdan keçən “Palmali USA” şirkətinin səlahiyyətli nümayəndəsi Levon Termenciyanın oğlu Corc Termenciyan idi.
Mübariz Mənsimovun kölgədə gizlətdiyi GERÇƏK ÜZÜ...

Bu, həmin erməni Termenciyanlar ailəsidir ki, uzun müddət Qarabağın işğalda saxlanılması istiqamətində fəaliyyət göstəriblər və işğal dövründə Azərbaycan torpaqlarındakı separatçılara maliyyə dəstəyi ilə tanınırdılar. Bunu Mübariz Mənsimov da çox yaxşı bilirdi, amma buna rəğmən ermənilərlə ortaq oldu. Çünki bu adam üçün iddia etdiyi kimi Vətən, millət yox, təkcə biznes maraqları önəmlidir və indi onu danışdıran da məhz biznes maraqlarından irəli gəlir. İstisna deyil ki, erməni Temirciyan Mübariz Mənsimovla ortaqlıqdan qazandığı pulları Qarabağdakı separatçı rejimə göndərib və bu, Mübariz Mənsimovun da işğalçı separatçılara dolayısı ilə dəstək verdiyi deməkdir.
Mübariz Mənsimovun kölgədə gizlətdiyi GERÇƏK ÜZÜ...

İndi bu adam azərbaycançılıqdan, Vətən eşqindən, xeyriyyəçilikdən danışır. Atalarımızın gözəl bir deyimi var: Utanmasan, oynamağa nə var ki?! Amma Mübariz Mənsimov çirkin oyunları oynamağa davam edir...

Zaur Hacılı
Demokrat.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz