Son aylar Sabirabad rayonunda fəlayyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzi ilə bağlı şikayətlər artmaqdadır.
Xəbəral.az xəbər verir ki, Sabirabaddan daxil olan məlumatda bildirilir ki, Dövlət Aqrar İnkişaf Mərkəzində rüşvət qarlışığında vətəndaşlara saxta torpaq sənədləri düzəldilərək subsidiyalar verilir.
Bu haqda saytımıza daxil olan məlumatda vurğulanır ki, Dövlət Aqrar İnkişaf Mərkəzininin direktoru Heydər Yaqubov sahibkarlarla əlbir olaraq yararsız və əkilməyən torpaq sahələrini, arpa, taxıl və sair dənli bitkilərin əkildiyini bəyyan edərək sənədləşdirir.
Saxta bəyan sayəsində hər il dövlətdən külli miqdarda subsidiya vəsaitləri oğurlanır. Qeyd olunur ki, Heydər Yaqubov saxta bəyanlar verməklə dövlətdən əldə edilən subsidiya yardımı məsələsində sahibkarla şərik çalışır. Əldə edilən vəsaitin yarısı birbaşa Heydər Yaqubova çatır.
Verilən məlumatda vurğulanır ki, Heydər Yaqubovun digər maxinasiyası hər il həyata keçirilən süni mayalnma prosesidir. Belə ki, Dövlət Proqramı əsasında hər il vətəndaşlara məxsus inəklərinin süni mayalanması nəzərdə tutulur. Məhz Heydər Yaqubov adı çəkilən proqrama uyğun hər il inəyi süni mayalanan şəxslərin saxta “siyahısın” tərtib edir və bu yolla dövlətdən vəsait mənimsənilir.
Bildirək ki, süni mayalanmaya görə dövlət tərəfindən hər inəyə 110 manat vəsait ödənilir. Verilən məlumatda qeyd olunur ki, Heydər Yaqubov süni mayalanma siyahısının 20 faizi həqiqəti əks etdirir və qalan 80% süni mayalanma isə saxta yollarla sənədləşdirilir.
Qeyd edək ki, Heydər Yaqubov adı ölkə mətbuatına ilk dəfə sabiq polis işçisi, qanqster Hacı Məmmədovun villasını almaqla gəlib. Hacı Məmmədova məxsus villanı alması Heydər Yaqubova xeyli başağrısı gətirdiyidə deyilir. Bildirək ki, Heydər Yaqubovun Bakı şəhərində iki, Sabirabad şəhərində isə bir böyük villası mövcuddur.
Xəbəral.az saytı olaraq çalışdıq ki, sözügedən məsələ ilə bağlı Heydər Yaqubovdan mövqe öyrənək, telefonlarımıza cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xəbəral.az