"Hələ son verilməyən proseslə bağlı indidən qərar verilməsi məqbul deyil. Adətən proses yekunlaşır və ondan sonra belə bir qərar qəbul olunur".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa pandemiya ilə bağlı yazılan cərimələrin ləğv olunması gözlənilirmi sualına cavabında deyib.
Deputat bildirib ki, proses başa çatandan sonra bu istiqamətdə qərar qəbul etmək olar:
"Bundan narahat olmağa dəyməz. Hazırda xüsusi karantin rejimi qüvvədədir. Bəlkə bundan sonra elə yerlər varki orada karantin qaydalarına əməl olunmalıdır. Ləğv olunsa, o zaman düşünəcəklər ki, cərimə yoxdur və istənilən kimi hərəkət etmək olar. Bu proses tamamlandıqdan sonra orada hansısa güzəştlərin edilə biləcəyi nəzərdə tutula bilər".