Haqqında bəhs edəcəyimiz şəxs, yəni Orucəli Məmməd oğlu Hacıyev uzun illərdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavinidir.
Məlumat üçün qeyd edək ki, bu şəxs Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib və ixtisasca ibtidai sinif müəllimidir. Amma Fövqəladə Hallar Nazirinin müavinidir. İndi özünüz təsəvvür edin dəə…
Bu adamın adı nələrdə hallanmır ?
Mediada yayılan xəbərlərdən bəlli olur ki, Ukraynada öldürülən iş adamının anası deyir ki, Orucəli mənə dedi ki, sənin oğlunu general Rövşən Ələkbərov öldürüb…Amma sonra sözünü dandı.
Bu əməlin adı Cinayət Məcəlləsində cinayəti bilib gizlətməkdir.
Mediada yayılan digər xəbərdən bəlli olur ki, Orucəli Hacıyev Pirşağıda vətəndaşları aldadaraq 2 hektar torpaq sahəsini ələ keçirib.
Belə ki, Orucəli Hacıyev 16 nəfər şəxsin 2 hektar torpaq sahəsini alıb orada istirahət kompleksi tikmək istəyib.
Və vətəndaşlardan etibarnamə alaraq torpaqları ələ keçirib.
Bu işdə Orucəlinin yaxın dostu “Axund” FTKA şirkətinin sahibi Fuad Axundov vasitəçilik edib.
Ümumiyyətlə, indi nazir müavini olan Orucəli Hacıyev 90-cı illərdə qara metalın topdan alış məntəqəsini işlədib və bu sahədə monopolist olub.
Qara metal işinin Paolo Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan Orucəli Hacıyev Azərbaycanı tərk edib və Ukraynada yaşayaraq İrana qara metal ixracı ilə məşğul olub.
Və 2006-cı ildə Azərbaycana qayıdaraq yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilib.
Orucəli Hacıyev nazir müavini olmaqla yanaşı “Babək-97” şirkətini yaradaraq ölkədə sement satışını demək olar tam mənada inhisara alıb. Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir.
Orucəli Hacıyevin adı mediada həm də ayı ovlamaq məsələsində hallanır.
Bəli, Orucəli Hacıyev Şamaxıda böyük torpaq sahələrini ələ keçirib, orada otel və villa tikdirib, hətta deyilənə görə qoruq ərazilərində ayı ovlayır.
Hətta bir vaxtlar Orucəli Hacıyevin ayı ovlaması ilə bağlı mediada video yayılmışdı, sonrada hamısı silindi.
Orucəli Hacıyevin adı həm də mediada dəhşətli intihar hadisəsində hallanır.
Belə ki, sahibkarın həyat yoldaşı Prezident İlham Əliyevə müraciətində yazır ki, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından vədlər verərək həyat yoldaşımı klinker (sement istehsalı üçün xammal ) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib.
Respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyən bacısı oğlu sahibkarı müflis vəziyyətinə salıb.
Və sonda sahibkar özünü güllə ilə vuraraq öldürüb.
Ancaq bütün bunlarla bağlı Orucəli Hacıyev mətbuata heç bir açıqlama verməyib, susmağa üstünlük verib.
Onu da qeyd edək ki, Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasından geri qalmır.
İndi isə Elvin Hacıyevin şirkətlərinin və mülklərinin siyahısına nəzər salaq:
– “BOL SÜFRƏ” MMC
– “BABYLON-GROUP” MMC
– “BABYLON AQRO” MMC
– “BT PROJECT” MMC
– “APİ DELTA GROUP” MMC QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb).
– Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC);
– Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group);
– Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”);
– SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”);
– SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”);
– SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”);
“Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib.
– Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC).
– Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”)
– TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir.
– Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
Görəsən adi ibtidai sinif müəllimi olan Orucəli bu boyda biznes imperiyasını hansı yolla yaradıb..?
Bu artıq hüquq-mühafizə orqanlarını işidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//