Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra ‒ Agentlik) nizamnamə fondunun formalaşdırılması üçün “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.12.4.1-ci yarımbəndində (Dövlət ehtiyatlarının yaradılması və təşkili) nəzərdə tutulmuş vəsaitdən 2 516 300,0 (iki milyon beş yüz on altı min üç yüz) manat vəsaitin Agentliyə ayrılmasını təmin etsin;
3.2. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. üç ay müddətində:
3.3.1. ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.3.2. dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.