Axtarış...

Tofiq Zeynalovla bağlı ŞOK İDDİALAR... - Belə deyirlər...

Tofiq Zeynalovla bağlı ŞOK İDDİALAR... - Belə deyirlər...

“Mərhum Aqil Əliyevin əmlaklarını “Riyad” Şirkətlər qrupunun rəhbəri İlham Məmmədov və dəstənin fəal üzvü İmran Eyvazzadə ilə əlbir olaraq ələ keçirən sabiq icra başçısı Tofiq Zeynalovun və İmran Eyvazzadənin də məsuliyyətə cəlb edilməsi üçün DTX rəisinə və Baş prokurora göstəriş verməsini cənab Prezidentdən və Birinci vitse-prezidentdən bir daha xahiş edirik”

Millitv.az xəbər verir ki, “Hürriyyət”in ötən saylarının birində “Aqil Əliyevin gəmisini gizli şəkildə satıb, pulunu bölüşdürdülər... - Bu faktın yeganə şahidi olan Dianət Səlimovu isə sifarişlə "aradan götürdülər" sərlövhəli yazı dərc etmişdik. Qeyd edək ki, bu fakt Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, ev 23 B, mənzil 42 ünvanda qeydiyyatda olan, hazırda Almaniyada yaşayan Səlimova Nərgiz və Seyidova Nərminə Dianət qızları tərəfindən “Hürriyyət”in redaksiyasına daxil olan şikayət məktubundan əks olunurdu.

“Aqil Əliyev 03.08.2006-cı il tarixdə rəhmətə getdikdən sonra, atamı A.Əliyevin şirkətində işləyən İlham Məmmədov və atamın ortağı (şəriki) Eyvazzadə İmran adında kəslər gözümçıxdıya salmışlar. Aqil Əliyev rəhmətə gedən kimi atamın işlədiyi 1500 tonluq “Drafa” gəmisini əlindən almışlar və Maxaçkala şəhərində gizlindən kimlərəsə satmışlar. Həmin gəminin satışından əldə edilən, atamın payına düşən pulun üstündə də atamı sifariş verib öldürtmüşlər...”, - deyə məktub müəllifləri yazırdı.
Tofiq Zeynalovla bağlı ŞOK İDDİALAR... - Belə deyirlər...

Bu məqalə qəzetimizdə dərc olunduqdan sonra “EKO-SERVİS KO” MMC-nin mərhum təsisçisi Dianət Səlimovun hüquqi varisi Tamella Səlimova tərəfindən redaksiyamıza növbəti müraciət daxil olub. Həmin məktubdan aydın olur ki, “EKO-SERVİS KO” MMC-nin təsisçisi və prezidenti Aqil Əliyev 22.02.2005-ci il tarixdə, 02 A/Ə saylı məktubla Tovuz rayon İcra Hakimiyyətinin aparatına müraciət etmişdir(11.12.2021-ci ildə Tovuz rayon Dövlət Arxivindən götrülmüş sözügedən məktubun surəti redaksiyaya təqdim olunur).

Həmin dövrdə Tovuz rayon İcra Hakimiyyətinin başçısi vəzifəsini icra edən Həmid Bağırov Aqil Əliyevin sözügedən məktubunu nəzərə alaraq, 28.02.2005-ci il tarıxli, 15 nömrəli SƏRƏNCAMI ilə “EKO-SERVİS KO” MMC-yə, Tovuz rayonu ərazisində, dövlət nəfində olan 69 hektar torpaq sahəsi ayırmışdır. Bununla bağlı Aqil Əliyevlə 99 illiyə 01-saylı icarə müqaviləsi bağlanmışdır.

“EKO-SERVİS KO” MMC-nin prezidenti Aqil Əliyev bu ərazidən səmərəli istifadə etmək məqsədilə ayrılmış torpaq sahəsində inzibati texniki binalar tikdirmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün lazımi şəraiti yaratmışdır.

Aqil Əliyev 08.03.2006-cı il tarıxdə vəfat etdikdən sonra mərhumun əmlaklarına göz dikən nankorlar qüvvələr baş qaldırmışlar. Nəticədə həmin qara qüvvələr tərəfindən A.Əliyevin Tovuz rayonunda yerləşən “EKO-SERVİS KO” MMC-yə məxsus əmlaklarına əl qoyulmuş və burada gedən bütün işlər dayandırılmışdır.

“Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən, barəsində istintaq işi davam etdirilən “Riyad” Şirkətlər Qrupunun rəhbəri, mütəşəkkil dəstənin təşkilatçısı və başçısı İlham Məmmədov və dəstənin fəal üzvü İmran Eyvazzadə mərhum Aqil Əliyevin Tovuz rayonunda yerləşən, “EKO-SERVİS KO” MMC-yə məxsus olan əmlaklarını tam ələ keçirmək və mənimsəmək üçün onlara maneəçilik yaradan Aqil Əliyevin şəriki, “EKO-SERVİS KO” MMC-nin digər təsisçisi Dianət Səlimovu 07 noyabr 2008-ci ildə aradan götürdülər, yəni sifariş verib öldürtdülər”, - deyə məktubda iddia olunur.
Tofiq Zeynalovla bağlı ŞOK İDDİALAR... - Belə deyirlər...

İmran Eyvazzadə

Məlumata görə, bundan sonra İlham Məmmədovun və İmran Eyvazzadənin Aqil Əliyevin Tovuz rayonunda olan “EKO-SERVİS KO” MMC-yə məxsus əmlaklarını ələ keçirməsinə və mənimsəmələrinə şirkətin üçüncü təsisçisi - şəriki Abdullayev Böyükağa Abdulla oğlu maneəçilik yaratmışdır: “Belə olan halda dəstənin başçısı İlham Məmmədov və dəstənin fəal üzvü İmran Eyvazzadə Tovuz rayonuna yeni təyin edilmiş, Tofiq Zeynalovla dialoqa girirlər. Mütəşəkkil dəstənin başçısı İlham Məmmədov və İmran Eyvazzadə Tofiq Zeynalovla tam razılaşdıqdan sonra, “EKO-SERVİS KO” MMC-nin saxta “xüsusi-blank” formasını və möhürünü hazırlayırlar. Bundan sonra İlham Məmmədovun göstərişi ilə İmran Eyvazzadə həmin saxta “xüsusi-blank” formasında Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofik Zeynalova 25 sentyabr 2009-cu ildə “EKO-SERVİS KO” MMC-nin adından məktub yazır. Halbuki, İmran Eyvazzadənin heç vaxt MMC-nin adından danışmağa və “EKO-SERVİS KO” MMC-ni təmsil etməsi barədə hüquqi əsas olmamışdır”.

Maraqlısı budur ki, İmran Eyvazzadə “EKO-SERVİS KO” MMC-nin “direktoru” kimi xahiş edir ki, şirkətin mərhum rəhbəri Aqil Əliyevlə Tovuz rayon İcra Hakimiyyəti arasında bağlanmış 28 fevral 2005-ci il tarıxlı, 01 saylı müqavilə 28 sentyabr 2009-cu il tarıxdın ləğv edilsin(“EKO-SERVİS KO” MMC-nin saxta “xüsusi-blank” formasında yazılmış, möhürlənmiş İmran Eyvazzadənin 25 sentyabr 2009-cu il tarixli məktubunu əlavə edirəm).

Maraqlıdır ki, “EKO-SERVİS KO” MMC-yə heç bir aidiyyəti olmayan, şirkətin təsisçiləri (İlqar Əliyev, Böyükağa Abdullayev Və Dianət Səlimovun hüquqi varisi Tamilla Səlimova) tərəfindən heç bir hüquqi səlahiyyət verilməyən İmran Eyvazzadənin saxta məktubunu icra başçısı Tofiq Zeynalov nəzərə alaraq, Aqil Əliyevlə sabiq icra başçısı Həmid Bağırov arasında bağlanmış 28 fevral 2005-ci il tarıxli SƏRƏNCAMI VƏ MÜQAVİLƏNİ qüvvədən düşmüş hesab etmişdir.

“Daha dəhşətlisi isə odur ki, İmran Eyvazzadənin digər bir məktubu ilə Tofiq Zeynalov mərhum Aqil Əliyevə 99 illiyə icarəyə verilmiş 69 hektar torpaq sahəsini yenidən ona - İmran Eyvazzadəyə icarəyə vermişdir”, - deyə məktubda vurğulanır.

Tamella Səlimova daha sonra bildirir: “Diqqətinizə onu da çatdırıram ki, icra başçısı Tofiq Zeynalov mütəşəkkil dəstənin təşkilatçısı və başçısi “Riyad” Şirkətlər Qrupunun rəhbəri İlham Məmmədovla və dəstənin fəal üzvu İmran Eyvazzadə ilə əlbir olub, hakim ailənin - mərhum Aqil Əliyevin əmlakına qarşı etdiyi xəyanətə qarşı çıxan, qorxmadan və inadından dönməyən MMC-nin digər təsisçisi Böyükağa Abdullayevi də “aradan götürmüş”, yəni 12 il müddətinə azadlıqdan məhrum etdirmişlər. Beləliklə də, sabiq icra başçısı Tofiq Zeynalov mütəşəkkil dəstənin təşkilatçısı və başçısı “Riyad” Şirkətlər qrupunun rəhbəri İlham Məmmədovla və dəstənin fəal üzvü İmran Eyvazzadə ilə əlbir olaraq, mərhum Aqil Əliyevin Tovuz rayonunda yerləşən “EKO-SERVİS KO” MMC-yə məxsus bütün əmlaklarını ələ keçirərək, mənimsəmişlər.

Bu barədə cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edilmişdir.

Mərhum Aqil Əliyevin əmlaklarını “Riyad” Şirkətlər qrupunun rəhbəri İlham Məmmədov və dəstənin fəal üzvü İmran Eyvazzadə ilə əlbir olaraq ələ keçirən sabiq icra başçısı Tofiq Zeynalovun və İmran Eyvazzadənin də məsuliyyətə cəlb edilməsi üçün DTX rəisinə və Baş prokurora göstəriş verməsini cənab Prezidentdən və Birinci vitse-prezidentdən bir daha xahiş edirik”.

Onu da qeyd edək ki, Tovuz rayonunun sabiq icra başçısı Tofiq Zeynalov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini də dərc etməyə hazırıq. //“Hürriyyət”//
Text-to-Speech

DİNLƏ






Şərh yaz