Axtarış...

"Ağıllı kənd"də DƏLİLİK EDƏN KİMDİR? - NARAZILIQ!

"Ağıllı kənd"də DƏLİLİK EDƏN KİMDİR? - NARAZILIQ!

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.

İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.
Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

Millitv.az xəbər verir ki, Zəngilan rayonun “Ağıllı kənd” layihəsinin tikintisində qul kimi istismar edilən fəhlələr tərəfindən Dünyanınsəsi.Az saytına şok videoşikayət daxil olub.

Belə ki, Zəngilan rayonu ərazisinə aldaılaraq aprılan 100-lə azərbaycan vətəndaşı heç bir əmək müqaviləsi olmadan tikinti işlərinə cəlb edilib.Tikinti işlərinə cəlb edilmiş vətəndaşlarımız Daxili İşlər Nazirliyinin portalından qeydiyyatdan keçməklə Zəngilan rayonuna buraxıblar.Aylardır ki, dözülməz,antisanitar şəraitdə tikinti işlərinə cəlb edilmiş vətəndaşlarımız nə əməkhaqqlarını ala bilirlər nə də ki, evlərinə dönə bilirlər.Sözün əsl mənasında 21-ci əsrdə quldarlıqla məşğul olan bu tikinti şirkətləri vətəndaşların əməyini istisamr etməklə “qul”a çeviriblər.
Azərbaycanda bu ideyanın müəllifi və bunu reallaşdıracaq orqan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətidir.
Redaksiya olaraq inanırıq ki, aidiyyatı üzrə dövlət qurumları Zəngilanda qul kimi istismar edilmiş vətəndaşlarımızn şikayətlərini təcili olaraq nəzarətə götürüb məsuliyyət daşıyan şirkət sahiblərinı sorğu-sual edəcəklər.
“Ağıllı kənd” layihəsinin fəhlələrinin videoşikayətlərini təqdim edirik:
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz