Axtarış...

Türmədə rəsmən ALVER GEDİR... - İLGİNC FAKTLAR

Türmədə rəsmən ALVER GEDİR... - İLGİNC FAKTLAR

Çox təəssüf ki, cinayət və cəza məsələsinin optimal həllini tapmaq müşküldür.
Əlbəttə, hər kəs tutduğu vəzifədən, sosial mənşəyindən asılı olmayaraq etdiyi cinayət əməlinin cəzasını almalıdır.
Ancaq cəza məhkuma ZÜLM vermək üçün deyil, cəza insanı İSLAH etmək üçündür. Ona görə də əvvəllər həbsxanalara İSLAH müəssisələri deyirdilər.
Məhkum da insandır, vətəndaşdır, onun da hüquqları var, sadəcə cəmiyyətdən təcrid olunub.
Təəssüf ki, bu adi həqiqətləri bəzi cəzaçəkmə müəssisələrinin ( kalon ) rəhbərləri başa düşmək istəmir.
Həmin kalonun rəisləri məhkumlara biznes mənbəyi kimi baxırlar.
Belə kalon rəhbərlərindən biri də 10 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovdur. Bu adamın rüşvət və korrupsiya əməlləri barədə ölkə müdiasında yazılanları oxuyanda adam dəhşətə gəlir.
Bu adam başa düşmür ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Penitensiar Xidmət sahəsində son illər ciddi islahatlar aparılıb, ölkəmizdə məhkumların hüquqlarının qorunmasına diqqətlə yanaşılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir.
Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, xeyli sayda məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin göstəricisidir.
Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması, alternativ cəzalara üstünlük verilməsi, ev dustaqlığı, bir sözlə, cəza siyasətinin humanistləşdirilməsi çox mütərəqqi addımlardır.
Unutmamalıyıq ki, 70 illik sovet dönəmində ev dustaqlığı olmayıb. Bu müstəqil dövlətimizin insana münasibətidir.
Görəsən bütün bunları Emin Cəfərov başa düşmür ?
Axı, insaf naminə qeyd etməliyik ki, cənab Prezidentin bu humanist siyasətinin həyata keçirilməsində, icra olunmasında cənab ədliyyə naziri Fikrət Məmmədovun və Penitensiar Xidmətin rəhbərliyinin də əməyi çoxdur.
Bəs, bu Emin Cəfərov kimə oxşayıb, kimdən nümunə götürüb ki, Prezidentin bu çox vacib siyasətinin üzərinə kölgə salır, öz şəxsi maraqları üçün məhkumlara və onların ailələrinə problem yaradır.
Kalona yeni məhkum gələn kimi Emin Cəfərov qol götürüb oynayır, düşünür ki, rüşvət-pul gəlib.
Bu adam lap axırıncı yola getməklə, məhkumların hesabına milyonlar qazanıb.
Bütün bunlar azmış kimi Emin Cəfərov 10 saylı kolonda əməlli-başlı telefon biznesi yaradıb.
Məhkumun öz ailə üzvləri ilə 1 dəqiqəlik telefon danışığının qiyməti 1 manatdır. 5 dəqiqə danışdın 5 manat və s.
Emin Cəfərov 1 gündə telefon danışıqlarının hesabına məhkumlardan külli miqdarda pul yığır.
Görəsən Rabitə nazirliyi Emin Cəfərovun bu qanunsuz əməllərini görmür, görürsə niyə qarşısını almır ?
Söhbət kiçik məbləğdən deyil, hər gün 20 min manatdan gedir. Görəsən bu məbləğin yarısını dövlətin büdcəsinə keçirmək olmazmı ?
Yoxsa hamısını Emin Cəfərov cibinə qoymalıdır ?
Ümumiyyətlə, məhkumların ailə üzvləri, yaxınları ilə telefon danışığının norması niyə müəyyən olunmur ?
Qoy hər şey qanun-qaydaya uyğun olsun. Niyə qaydaları və qiymətləri Emin Cəfərov kimilər diqtə etməlidir ? Emin Cəfərov Tarif Şurasının sədridir bəlkə ?
Ümumiyyətlə, Emin Cəfərovun məhkumlardan yığdığı böyük məbləğdə pullar hara gedir ?
Düzdür, kolonun rəisi Fikrət Qafarov nə qədər Emin Cəfərovun əməllərinin qarşısını almağa çalışsa da Emin Cəfərov düzələnə oxşamır.
Görəsən, bu rüşvətxor rəis müavininə “krışa”lıq edən, himayədarlıq edən, onu müdafiə edən hansı vəzifəli şəxsdir ?
Ardı var. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz