Axtarış...

Zakir Həsənov Hulusi Akarla telefonla danışdı

Zakir Həsənov Hulusi Akarla telefonla danışdı

Bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Müfadiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz