Axtarış...

Prezident zəngilanlıların köçürüləcəyi vaxtı açıqladı

Prezident zəngilanlıların köçürüləcəyi vaxtı açıqladı

“İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək”.

Bunu Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq:

“Azad edilmiş torpaqlarda birinci ağıllı kənd layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də, bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz