Axtarış...

"Aqroservis"in Ağcabədi filialının rəhbərinə İTTİHAM - Utanmasan, oynamağa nə var ki…

"Aqroservis"in Ağcabədi filialının rəhbərinə İTTİHAM - Utanmasan, oynamağa nə var ki…
Obyektiv.org-un elektron poçtuna Ağcabədinin Hindarx qəsəbə sakini Qasımov Tofiq Əkbər oğlu tərəfindən müraciət daxil olub. Müraciətdə vətəndaş Aqroservisin Ağcabədi nümayəndəliyindən bir ədəd taxıl biçən kombayın aldığına onunecəpeşiman etmələrindən yazır. Məslənin aktuallığını nəzərə alaraq T.Qasımovun müraciətini olduğu kimi oxuculara təqdim edirik:

Hörmətli redaksiya! Mən Ağcabədinin Hindarx qəsəbə sakini Qasımov Tofiq Əkbər oğlu 2019-cu ilin 10 may günündən çıxılmaz, çarəsiz işə düşmüşəm. Ailəmi dolandırmaq, maddi sıxıntıdan qurtarmaq üçün Aqroservisin Ağcabədi nümayəndəliyindən bir ədəd taxıl biçən kombayını müqavilə bağlayaraq götürmüşəm. Kombaynı mayın 10-da götürəndə mənə dedilər ki, apar həyətində təmir elə, biçinə saz vəziyyətdə olsun, biz də təmirdə sənə pul və ehtiyat hissələrdə kömək edəcəyik. Heç bir köməklik olmadığı üçün sələmə pul götürərək, texnikanı gücüm çatan qədər təmir etdim. Onu da deyim ki, mənə dedilər ki, 6000 (altı min) manat pul ödəyəcəksən. Əvvəlcə 3100 manat ödəyəcəksən, biçinin sonunda isə 2900 manat ödəyəcəksən. Razılaşdım, 3100 manatı ödədim. 2019-cu ilin 4 iyununda arpa, buğda biçininə başladıq. 14 iyunda texnika dayandı. Texnikanın nasaz vəziyyətdə olması barədə akt tərtib olundu. Həmin 14 iyunda bağlanan aktın məndə sürəti var. O, aktda müəssisənin rəhbəri Zaur Məmmədov mühəndismexanik Verdiyev Əmir Dərgah oğlu və mən Qasımov Tofiq Əkbər oğlunun adları və imzası var. Xatırladım ki, kombayn dayanan zaman Verdiyev Əmir Dərgah oğlu Rusiyada vəfat etmiş və vətənə gətirmişdilər. Həmin aktda Verdiyev Əmirində imzası vardır. Daha bir saxtakarlıq faktını qeyd edim ki, kombayn 4 iyundan – 14 iyuna 10 gün müddətdə işlədiyi halda, onlar digər bir akt tərtib ediblər ki, texnika guya 27 iyunda dayanıb. O, aktda məndədir. Deməli fərqli 2 akt yazılıb. Dəhşətli fakt odur ki, bunlar mənə 3100 manatı ödətdirdikləri bir yana qalsın, 2900 manatı ödətdirmək istəyirlər. Belə yerdə atalar sözü yada düşür: Utanmasan oynamağa nə var ki…. bununla bağlı məni Şirvan Kommersiya Məhkəməsinə veriblər. Məhkəmə həmin pulun ödənməsi üçün əmr versə də, mənim şikayətim əsasında əmr ləğv olunub. 01 sentyabr 2021-ci ildə növbəti məhkəmə oldu. Aqroservisin nümayəndəsi bu faktların qarşısında aciz qalsa da məhkəmə mövbəti iclasını oktyabrın 21-nə təyin etmişdir. Hakim Elşən Abdullayevdir. Müəssisənin rəhbəri Zaur Məmmədov da həbs olunub. Yeni müdir Elgün Gəraylıya, müdir müavini Fariz Tağıyevə də dərdimi danışmışam. Mən savadsız, fəhlə bir adamam. Ailəmi dolandırmaq üçün götürdüyüm kombayn mənim başıma belə bir oyun gətirdi. Əslində kombayn yox, insanların başına oyun açan Aqroservisin Ağcabədi nümayəndəliyinin başabəla rəhbərləridir. Belə faktlar o müəssisədə çoxdur. İnanıram ki, mənim başıma gələn bu dözülməz olaylar mətbuat vasitəsilə işıqlandırılacaqdır.
Dərin hörmətlə Qasımov Tafiq Əkbər oğlu Ağcabədi rayon Hindarx qəsəbə sakini //Obyektiv.org//
Text-to-Speech

DİNLƏ






Şərh yaz