Axtarış...

Qarabağ qazisinin həyatı təhlükədədir... - Ədliyyə Nazirliyi qulaqardına vurur

Qarabağ qazisinin həyatı təhlükədədir... - Ədliyyə Nazirliyi qulaqardına vurur

Ötən gün Ədliyyə Nazirliyinin müalicə müəssisəsinin infeksiya şöbəsində saxlanılan məhkum Kərəm Mənsimovun Bizimyol.info-ya şikayətini dərc etmişdik.
Onun sözlərinə görə, vəziyyəti ağır olsa da, xəstəxananın Ceyhun adlı həkimi onu müayinə və müalicə etməkdən boyun qaçırır. Şikayətə görə, müalicə üçün “görüm-baxım” tələb olunur, amma onun maddi imkanları məhduddur. Kərəm Mənsimov 1-ci Qrabağ savaşının iştirakçısıdır. Hazırda yeganə gəlir mənbəyi də məhz Qarabağ qazisi olaraq dövlətdən aldığı müavinətdir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “səhhətində problem olan məhkumlara dərhal lazımi tibbi yardım göstərilir. Onlar zəruri müayinə və müalicəyə cəlb olunur”.

Ədliyyə Nazirliyindən isə Bizimyol.info-ya bildirilib ki, Kərəm Mənsimov hazırda da Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir və durumu stabildir: “Zəruri olan bütün müayinə-müalicələrlə təmin olunur. Bununla bağlı heç bir problem yoxdur. Hazırda vəziyyəti stabildir”.

Amma bu gün məlum olub ki, Nazirliyin sözü ilə əməli üst-üstə düşmür. Yenidən redaksiyamıza üz tutan şikayətçi Ceyhun həkimin onu “aşağıladığını” bildirib. Müayinə və müalicəyə gəlincə, heç bir tədbir görülmür, sadəcə, uzanıb ölümünü gözləyir.

Ədliyyə Nazirliyi məhkumların müalicəsi üçün dövlət büdcəsindən milyonlarla manat həcmində vəsait alır. Amma bu sahədə heç bir şəffaflıq yoxdur. Dərmanların haradan alındığı, tenderlərin necə keçirildiyi və kimlərin qalib gəldiyini elə Nazirliyin özündən başqa heç kim bilmir. Bircə dənə başağrl dərmanı da məhkumlara “elə-belə” verilmir.

Amma Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə məmurlarının başı “xırdabaş” bələdiyyə işlərinə qarışdığına görə milyonların hara getdiyini “araşdıra bilmir”.

Bizimyol.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz