Axtarış...

“Emiland” şirkəti ölkə qanunları ilə deyil, Hikmət Hüseynovun qanunları ilə işləyir…- ÖZBAŞINALIQ

“Emiland” şirkəti ölkə qanunları ilə deyil, Hikmət Hüseynovun qanunları ilə işləyir…- ÖZBAŞINALIQ

Şalvar tikən Hikmətin “ETO HOUSE MTK tikinti şirkəti sakinlərə zülm edir...

Ölkəmizdə fəaliyyət göstərən “Emiland” şirkəti deyəndə hamının gözünün qarşısına yaraşıqlı köynəklər, kostyumlar, pencəklər gəlir. Amma şalvar tikən “Emiland” şirkətinin yüksək mərtəbəli binalar, göydələnlər tikməsi xeyli təəccübümüzə səbəb oldu. Bu barədə biraz sonra...
Qısa məlumat üçün qeyd edək ki, şirkət 1991-ci ildən fəaliyyət göstərir. Əslində “Emiland” tikiş sexi kimi fəaliyyətə başlayıb və sahibi Hikmət Hüseynov 90-cı ilin ortalarına kimi yaxşı pencək tikən dərzi kimi tanınıb.
Bu şirkətlə bağlı mediada kifayət qədər şikayətlər dərc olunub.
Şirkət ölkə qanunlarına əməl etmir, işçiləri müqaviləsiz işlədir, əmək haqlarında “qara mühasibatlıq” hökm sürür, yəni külli miqdarda vergidən yayınma var və s.
Tək şirkətlə bağlı bircə şikayətə nəzər salaq və nəticə çıxardaq.
Şikayətçi qadın yazır ki, mən peşəkar tikiş ustasıyam və iş yerim var idi: “Ancaq Emiland tikiş sexindən bir neçə dəfə mənə iş təklifi gəldi. Sexin rəhbəri Hikmət Hüseynovun Rövşən adlı köməkçisi müəssisənin mənə əvvəl 350 manat maaş aldığım işdən də yüksək maaş verəcəyini vəd etdi. Təklifi qəbul edib işə başladım. Lakin əmək müqaviləsi imzalamaq təklifimə “buna sonra baxarıq” cavabını aldım. Maaş alanda isə mənə nəinki yüksək maaş, əksinə, əvvəlki iş yerimdəki maaşdan da az maaş hesablanmışdı. Etiraz edəndə mühasib “al pulunu, get sabahdan işə çıxma” dedi. Hikmət müəllimin qəbuluna düşmək istədim, lakin o, məni qəbul etmədi.
Beləliklə, mən əvvəlki işimi də itirdim. Axı, mən 2 məktəbli övlad anasıyam. Hikmət bunu başa düşmür”.
Bir sözlə, şikayətlərdən bəlli olur ki, Hikmət Hüseynov Azərbaycan qanunları ilə deyil, öz qanunları ilə işləyir, əmək müqavilələri bağlamır, vergidən külli miqdarda yayınır.
Hikmət Hüseynov təkcə köynək, kostyum tikmir, həm də bir neçə restorana sahibdir. Onun “Rooms By Emiland”, “Hoose By Emiland” kimi restoranları var. Və bu restoranlarda ölkə qanunlarına baxan yoxdur. Hətta pandemiya dövründə də fəaliyyətlərini davam etdirirər. Və restoranların müştəriləri ən imkanlı şəxslərdir. Üstəlik restoranlardakı kabinetlərdə qəlyan tüstülənir. Hələ kabinetlərdə başqa olaylar da baş verir. Pencək tikən Hikmət hətta tələb edir ki, restorana daxil olmaq üçün azı 200 manat depozit qoymalısan.
Yeri gəlmişkən, bir məsələni də Hikmət Hüseynovun yadına salaq. Görəsən, Yasamaldakı İST Petrolla üzbəüz 1 milyonluq binada nələr baş verdiyindən Hikmət Hüseynovun xəbəri varmı ?
Yeri gəlmişkən, ölkəmizdə ən böyük problemlərdən biri də imkanlı şəxslərin övladları ilə bağlı problemdir.
Bəli, Hikmət Hüseynovunn oğlu da bu məsələdə istisna deyil.
Bəli, dəfələrlə Bakıda keçirilən reyd zamanı yol polisinin saxladığı, qaydaları pozan bahalı avtomobil sahibləri arasında Hikmət Hüseynovun oğlu da var.
İndi isə keçək pencək tikən Hikmətin bina tikmək məsələsinə.
Düzü, pencək tikən ustanın paytaxt Bakıda göydələn binalar tikməsi bəlkə də ən gülməli komediya mövzusudur.
Ancaq nə qədər gülməli olsa da, bu faktdır ki, Hikmət Hüseynov ETO HOUSE MTK tikinti şirkətinin sahibidir. MTK hazirda Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev, C.Hacibəyli və M.Qaşhqay küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binası inşa edir.
Və təəssüf ki, tikinti şirkəti öz neqativ əməllərindən qalmır. Tikdiyi göydələn ətrafda yaşayanlar üçün əsl problemə çevrilib, ətrafdakı küçələri bərbad vəziyyətə salıb. Görünür Hikmət Hüseynov ölkə başçısı cənab İlham Əliyevin sahibkarlara verdiyi tövsiyyəni unudur. Cənab prezident dəfələrlə bildirib ki, inşaat şirkətləri tikinti aparılan ərazidə abadlıq və yaşıllaşdırma işləri aparmalı, sakinlərə problem yaratmamalıdır. Görünür, Hikmət Hüseynov şalvar tikməklə bina tikməyi səhv salıb.
Məlumat üçün onu da qeyd edək ki, ETO adındakı “T” hərfi keçmiş vergi işçisi və Hikmət Hüseynovun qohumu T-eymur müəllimin adının baş hərfidir.
Bir sözlə, Vergilər Dövlət Xidmətinin və digər dövlət qurumlarının “Emiland” şirkəti, daha dəqiq desək, Hikmət Hüseynovla məşğul olmasının əsl zamanıdır.
gundelik baki.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz