Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektor təyin edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Neman Muradlı UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışıb.