Axtarış...

Bu rayonda təhsil sistemi belə idarə olunur... - Düzələsi deyilik...

Bu rayonda təhsil sistemi belə idarə olunur... - Düzələsi deyilik...

Prezident İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması demək olar ki, bütün sahələrdə yüksək səviyyəli kadr bazasının yaranmasına töhfə verməkdədir. Azərbaycana uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin apardığı siyasətin mərkəzində də məhz bu istiqamət prioritet idi. Ümummilli lider Heydər Əliyev nitqlərində qeyd edirdi:

"Dövlət idarəçiliyində səmərəli, təşəbbüskar, xalqını düşünən kadrların idarəçiliyə cəlb edilməsi vacibdir”.

"Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”, – sözləri dövlət idarəçilik sahəsində işləyən bütün rəhbərlərə aid olmalıdır. Bu məsələyə konseptual formada yanaşmaq tələb olunur, dövlətin kadr siyasəti elmi əsaslar üzərində qurulmalı, yeni kadr siyasətinin elmi platforması işlənilməlidir.

Kadrların aşağı səviyyədə olması dövlət hakimiyyət orqanlarının işində problemlər yarada bilər. Peşəkarlığı aşağı səviyyədə olan və təsadüfi kadrların sayını mininuma endirmək üçün ölkə başçısı dövlət qulluqçuları qarşısında yüksək tələblər irəli sürür.

"Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”, – sözləri dövlət idarəçilik sahəsində işləyən bütün rəhbərlərə aid olmalıdır. Bu məsələyə konseptual formada yanaşmaq tələb olunur, dövlətin kadr siyasəti elmi əsaslar üzərində qurulmalı, yeni kadr siyasətinin elmi platforması işlənilməlidir.

Son dövrlər gedən islahatlar, Prezidentin ədalətli kadr siyasəti görünür Yevlaxa çatanda, bəzi qüvvələr tərəfindən qulaq ardına vurulur.

Belə ki, Mediaxeberleri.Az-ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, uzun illərdir Yevlax şəhər 4 nömrəli tam orta məktəbdə işləsə də, kariyerasında heç bir inkişafa nail ola bilmir. Müəllimənin uzun zamandır həsrətlə vakant olacağını gözlədiyi Yevlax şəhər 4 nömrəli tam orta məktəbdə direktor müavini yeri bu günlərdə Təhsil Şöbəsinin müdiri Namidə Abbasova tərəfindən qəfil öz bacısı Nərminə Abbasovaya peşkəş verilib.

İşin özəlliyi və məcazi də olsa gözəlliyi ondadır ki, bir müddət əvvəl adı çəkilən məktəbdə Təhsil şöbəsinin müdiri Namidə Abbasovanın anası Bəsti Abbasova uzun illər direktor müavini işləyib. Qızı Təhsil müdiri təyin olunandan sonra abıra bükülüb yaşla əlaqədar işdən öz ərizəsi ilə çıxıb.

Yevlaxda da demokratik ənənələrin formalaşmaması və cəmiyyətin özünün proseslərdən kənarda saxlanılması, eyni zamanda idarəçilikdə , qeyri- şəffaflıq, qohumbazlıq, yerlibazlıq, tayfabazlıq rüşvət və korrupsiya kimi neqativ halların olması istedadlı, savadlı, müasir dünyagörüşə yiyələnən gənc kadrların, yeni nəsil siyasətçilərin yetişməsində, və dövlət idarəçiliyinə cəlb edilməsində ciddi maneədir. Vəzifələr də artıq bir növ silki xarakter almaqdadır və nəsildən nəsilə otürülür.

Öz zalımlığı ilə seçilən Namidə Abbasova hələ möhürünün çerneli qurumamış adı çəkilən məktəbdə bu qədər təcrübəli pedaqoqlar qala-qala bacısını direktor müavini təyin edir.

Əslində Namidə xanımnan başqa bir şey gözləmək də olmaz. Çünki bu boyda Yevlaxın ziyalı, təcrübəli məktəb direktorları, qabaqcıl təhsil işçiləri dura-dura sınaq dövrü hələ tamamlanmamış Namidə Abbasovanı Yevlax Təhsili kimi bir yere rəhbər qoyanda o da öz bacısını hamıdan artıq bilib direktor müavini qoymalıdır.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz