Axtarış...

Daha bir icra başçısı NARAZILIQ YARADIR - İTTİHAM

Daha bir icra başçısı NARAZILIQ YARADIR - İTTİHAM

Xətainin icra başçısı Rafiq Quliyevlə bağlı mətbuatda nə qədər rəngarəng şikayətlər oxumaq olar.
Bu adamdan hər cürə, hər sortda, hər çeşiddə şikayət eşidirik.
Biri yazır ki, icra başçısı Rafiq Quliyev Xətai rayonunun parklarını qoyun-quzu otarmaq üçün örüşə çevirib..
Bu adama başa salan yoxdur ki, bura sənin üçün dərə-təpə deyil, ölkənin paytaxtıdır.
Əgər qoyun-quzu saxlamağa bu qədər marağın varsa, icra başçısı postundan istefa ver, get, kəndlərin birində nə qədər istəyirsən qoyun-quzu saxla, fermer təsərrüfatı qur, istəyirsən tütək çal...
Biri yazır ki, icra başçısının “moyka”larının şırıltısından evimizdə yata bilmirik...
Ay icra başçısı, sən cənab Prezidentin paytaxtın ən böyük rayonlarından birində nümayəndəsisən. Sən hara, moyka hara ? Başına iş qəhətdir?
Həm də sənə kim icazə verib ki, öz qazancın üçün əhalinin rahatlığını pozursan, gecə-gündüz şırıldadırsan suyu sağa-sola. Bu suyun pulunu kim ödəyir ?
Biri yazır ki, icra başçısı rayonun ərazisində o qədər xırda ticarət obyektləri qurub ki, adam yeriməyə səki də tapmır...
Cənab Rafiq Quliyev, sən yenidən Bakını 90-cı illərə qaytarmaq istəyirsən ? Küçədə siqaret, tum, corab satanlardan tərpənmək olmurdu..
Sözün qısası, keçəl başda dəlləklik öyrənən kimi, Rafiq Quliyev Xətai rayonunda, köhnə hamamda təzə eksperiment keçirir.
Hələ bunlar harasıdır.
Biri yazır ki, Rafiq Quliyev 360 min manat pulumu vermir.
Bəli, məlumdur ki, Bakının bir çox ərazilərində aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar bir sıra tikililər sökülüb. Prezidentin fərmanına əsasən mülk sahiblərinə qanuni təzminat ödənilib. Lakin bəzi mülk sahibləri və iş adamları hələ də təzminatlarını ala bilmir.
Sahibkar yazır ki, dörd ildir ki, 1.5 milyon manat dəyərində olan zavoduma hesablanmış 360 min manat təzminatı ala bilmirəm, icra hakimiyyətinin rəhbər şəxsləri məni aldadırlar: “ Bakı şəhəri, Babək prospekti 2210 ünvanında yerləşən və mənim mülkiyyətimdə olan 1200 kv.m qeyri-yaşayış sahəsinə Azərbaycan Prezidentinin 26.12.2017-ci il tarixli fərmanına əsasən sökülən tikili üçün 360 min manat təzminat almalıyam.
Lakin bu günə kimi Xətai rayonunun icra başçısı Rafiq Quluyev bununla bağlı heç bir addım atmır”.
Bir sözlə, Xətainin icra başçısı Rafiq Quliyev rayonda bildiyini edir.
İndi də bəlli olub ki, Rafiq Quliyev gözünü yumaraq qanunsuz tikililərə icazə verib.
Düzdür, Rafiq Quliyev boş yerə gözünü yuman deyil, mütləq qarşılığı olmalıdır.
Amma Rafiq Quliyev bir güllə ilə 2 dovşan vurmağ bacarır.
Həm gözünü yumur, həm əvəzini alır, həm də heç bir qanuni sənəd-filan vermədən, iş adamlarına deyir ki, gedin tikin.
Soruşanda ki, bəs sonrası nə olacaq, deyir ki, Allah kərimdir.
Bəli, indi Şəhərsalma və Arxitektura Komitəsinin..
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırda Xətai rayonunda yoxlamalar aparır və qanunsuz tikililərə görə, sahibkarlara cinayət işi qaldırırlar.
Sahibkarlar isə deyir ki, icra başçısı Rafiq Quliyev icazə verib. Rafiq Quliyev isə deyir ki, mən heç bir sənəd verməmişəm, sadəcə gözümü yummuşam.
Bir sözlə, Rafiq Quliyev rayonda hər gün bir oyundan çıxır. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz