Qusar rayonu, Quxuroba kənd sakini fermer Şamuradov Ayven Qəhraman oğlu tərəfindən Criminal.az saytının baş redaktoru cənab Anar Məmmədova
ŞİKAYƏT MƏKTUBUFermer şikayət məktubunda bildirirb ki, Criminal.az saytına müraciət etməsinin səbəbi Qusar Rayon Prokurorluğu və Qusar Rayon Polis şöbəsində qanunsuz olaraq mənə qarşı başlanılmış cinayət işi və onun qərəzli şəkildə aparılmasıdır.
Ayven Şamuradov qeyd edir ki, 2017-ci il tarixdə, Rusiya Federasiyasının vətəndaşı olan xalam oğlu Kadırov Həmdulla Beydulla oğlu, Qusar rayonunda qonaq olarkən, mənə şərikli biznes qurmağı təklif edib. O, 2017-ci ildə mənə məxsus olan torpaqdan, 400 ədəd fındıq, 200 ədəd gilas ağaclarını çıxardaraq yerində alma bağları salmağı, bunun əvəzində həmin ağacların pullarını artıqlaması ilə ödəyəcəyini bildirib.
''Onun təklifi ilə razılaşdım və mənə məxsus torpaqdakı bütün ağacları kəsərək, yerində alma bağı yaratdım. İlkin olaraq 1000 ağac əkdiyim torpaq sahəsində hal-hazırda 4000 alma ağacı var. Alma bağları ilə yanaşı, Həmdulla mənə məxsus olan digər torpaq sahəsində ferma yaratmaq fikrində olduğunu bildirdi. Mən və o müəyyən məbləğdə vəsait xərcləyərək ferma yaratdıq. Heyvanlarən baxımı üçün müxtəlif tikililər, yem bazası, heyvanlara baxan işçilərin qalması üçün isə fərdi yaşayış evi və finski adlanan ev inşa elətdirdim. Meyvə bağından və fermadan gələn gəlir isə hər il, biznesimizin daha da inkişaf elətdirmək üçün xərclənirdi. Lakin 2021-ci ilin fevral-mart aylarında Kadırov Həmdulla Rusiya Federasiyasından gələrək, orada ciddi problemlərin olduğunu, təcili pula ehtiyacı olduğunu bildirib fermadakı heyvanların satılmasını məndən xahiş etdi. Mən bütün cins heyvanları (inək) sataraq Həmdullaya həyat yoldaşımın iştirakı ilə 287.000 azn pul verdim. O pulu götürüb Rusiya Federasiyasına getdi. Lakin 1 həftə keçdikdən sonra, Rusiya Federasiyasından qayıdan Həmdulla, mənə bildirdi ki, guya o mənə bu bizneslı bağlı 780.000 AZN pul verib və bunun müqabilində bütün mənə aid olan Bağ və fermanın yerləşdiyi torpaq sahələrini tələb etdi''.
Şikayətçi deyir ki, ona torpaq sahələrinin özünə məxsus olduğunu, biznesə dediyi kimi 780.000 yox 220.000 AZN pul yatırtdığını, o pulların da meyvə bağının və fermanın yaradılmasına xərcləndiyini bildirdim. Kadırov Həmdulla Beydulla oğlu, ona yaxın olan, özlərini kriminal aləmin ünsürləri olduğunu deyən Rza və Zabir adlı şəxslərlə dəfələrlə evimizə hücum edərək, nə yolla olur olsun bu torpaqları məndən alacaqlarını bildirirdilər. Bu hədə-qorxuların nəticə vermədiyini görən Həmdulla və onun Rza adlı dostu, məndən DTX-nən Qusar rayon şöbəsinə müraciət etdilər. DTX bu işə baxmaqdan imtina etdi.
Onlar daha sonra Qusar Rayon Prokurorluğuna şikayət etdilər və mənə qarşı qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə Cinayət işi açılaraq araşdırılması üçün Qusar Rayon Polis Şöbəsinə göndərildi. Əsl həngamə də bundan sonra başladı. Həmdulla və Rza Qusar rayonunda hamıya, biz Ayvendən alacağımız torpaqların satışından əldə edəcəyimiz gəlirdən polisə və prokurorluğa 30 faizini verəcəyini, bunun müqabilində mütləq mənim həbs olunacağı xəbərini açıq-aydın yaymağa başladılar.
Polis Şöbəsinin Rəfael adında İstintaq rəisi məni dəfələrlə döyərək, bir dəfə 9 bir dəfə isə 8 saat olmaqla müvəqqəti təcridxana (İVS) saxladı. O mənə mən günahsız olsam da, mənən məxsus torpaqları Həmdullaya verməyə məcbur olduğumu bildirdi. Həmdulla öz həyat yoldaşı tərəfindən olan, mənim heç vaxt görmədiyim, iş birliyim olmadığı qohumlarını müəyyən məbləğ və qonaqlıq verməklə yalançı şahid qismində istintaqda üzümə durmağa məcbur edib.
Belə ki, 4 nəfər şahid sonradan polis şöbəsinə ərizə ilə müraciət edərək, onlara pul verildiini məni tanımadıqlarını bildiriblər. Şöbənin Ümüd adlı müstəntiqi isə, həmin şahidləri mənim xeyrimə dindirməkdənsə, Hamdullaya dəstək məqsədilə onların ilkin ifadələrini də ümumiyyətlə cinayət işindən çıxardıblar.
Hal-hazırda da istintaq qərəzli davam edir. Müqavilə bağladığım vəkil Tağıyev Kamran iki dəfə istintaqa mənim vəkilim olmağı barədə order versə də müəyyən bəhanələrlə vəkilin işə cəlb olunmasına əngəl yaradılır.
A.Şahmoradov daha sonra qeyd edir: ''İstintaqın gedişində, Kadırov Həmdullanın fermanın ərazisində yerləşən evdə qalarkən gizlətdiyi, təsadüfən tapdığım sənədləri araşdırarkən onun Azərbaycan Respublikasına qanunsuz yolla gəldiyini öyrəndim. Belə ki, Kadırov Həmdulla Beydulla oğlu, Rusiya Federasiyasının vətəndaşı olduğundan, sərhədlərin bağlı olduğu fevral-mart aylarında Azərbaycan Respublikasına gələ bilməzdi. O, yaşadığı Moskva şəhərində Yəhyayeva Nuranə Rza qızı adlı xanımın şəxsiyyət vəsiqəsini hansısa yolla əldə edərək, komputer proqramları vasitəsilə özünə 2009-cu ilə aid saxta nigah haqqında şəhadətnamə düzəltmiş, onu hansısa yolla Moskva şəhərindəki notariuslardan birində təsdiqlətmişdir.
Vəkil Kamran Tağıyev həmin sənədi araşdırmış, Yəhyayeva Nuranə ilə əlaqə saxladıqdan sonra 2009-cu ildə Nuranənin qızlıq soyadının Əliyeva olduğu, 2013-cü ildə Xəyal adlı şəxslə nigaha girdiyi, və hal-hazırki vaxta qədər də həmin şəxslə nigahda olduğu məlum olmuşdur. (saxta və əsl nigah haqqında şəhadətnamələr məktuba əlavə olunub). Kadırov Həmdulla özü Moskva şəhərində evlidir və 3 övladı var. Ölkə sərhədlərini keçərkən nədənsə karantin rejiminin ciddi qorunduğu bir vaxtda Dövlət Sərhəd Xidmətinin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları bu nigah haqqında şəhadətnamənin doğru olub olmadığını yoxlamamışdır. Bu sübutlar şöbənin Ümüd adlı müstəntiqinə təqdim olunsa da, o buna əhəmiyyət verməmişdir.
Kadırov Həmdulla Beydulla oğlunun eyni zamanda Rusiya Federasiyasında cinayət törətmək şübhəsi var, və o Rusiya Federasiysında axtarışdadır. Karantin qaydalarını pozub, Dövlət Sərhədlərini qanunsuz keçən, dövlət sənədlərini saxtalaşdıran cinayətkar aləmin üzvünü açıq aşkar müdafiə edən, Qusar rayon Polis Şöbəsi və Prokurorluğu məni, gənc uğurlu fermeri artıq intihar həddinə çatdırmışdır. Mən istintaqa vəkilim vasitəsilə bütün əmlakların satılıb tən yarıdan bölünməsi təklıifini etsəm də qarşı tərəf qərəz göstərərək, onsuz da polisin onlar tərəfindən olduğunu, bütün torpaqların əlimdən alınacağını deyib bundan boyun qaçırdılar. Hal-hazırda mənim Qusar Rayon hüquq-mühafizə orqanlarına inamım yoxdur. Buna görə də, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən və Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, bu məsələni nəzarətə götürməyi, və Cinayət işinin aparılmasını Qusar Rayonu Polis Şöbəsindən alınmasını xahiş edirəm".
İşin istintaqını araşdıran müstəntiq Ümid Xankişiyev Criminal.az saytına açıqlamasında bildirdi ki, rayon polis şöbəsinin istintaq bölməsində faktla bağlı cinayət işi başlanıb. Müstəntiq məsələ ilə bağlı əlavə məlumat vermədi.