Yevlaxda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə redaksiyamıza hadisə şahidləri məlumat verib. Şahidlərin verdiyi məlumata görə, qəza Yevlax şəhəri Nizami prospektində baş verib. Yüksək sürətlə hərəkətdə olan Nissan markalı, 66-AA-007 dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurub hadisə yerindən qaçıb. Məlumatda qeyd edilir ki, bir müddət sonra hadisə yerinə gələn 66-AA-007 -nin sürücüsü avtomobilin yan şüşəsinin qırıqlarını axtarmaq üçün qayıdıb.
Hadisə barəsində Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib.
Faktla bağlı Yevlax rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, 66-AA-007 dövlət qeydiyyat nişanlı avtomobil Əməkdar jurnalist, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızının avtomobilidir.
Xeberfakt.az