Dünya tarixi min illər boyu bir çox müharibələr, işğallar və qələbə günlərinin şahidi olub. Azərbaycanın şanlı tarixinə isə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.
Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. Qərb dövlətləri tərəfindən güclü dəstək alan irqçi Ermənistanın işğal etdiyi əraziləri danışıqlar yolu ilə qaytarmaq istəməməsi, Azərbaycan Respublikasına qarşı törətdiyi davamlı təxribat hərəkətləri, xüsusilə ötən il yayında baş verən son Tovuz hadisələri səbri daşıran damla olmaqla, 44 günlük Vətən müharibəsinin başlanmasına gətirib çıxardı. Allahin köməyi, Azərbaycan ordusunun qəhrəmanlığı, xalq-iqtidar birliyinin təmin olunması sayəsində misilsiz və möhtəşəm qələbə əldə olundu. 28 il düşmən tapdağı altında qalan torpaqlarımız işqaldan azad edildi. Bu, sanli qələbəmiz idi.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra yüzlərlə kitablar yazılacaq, filmlər çəkiləcək. Qəlbində Allah və Vətən sevgisi daşıyan igidlərimiz qorxmadan, düşmənə nifrət hissi ilə irəliləyərək hər kənd , hər şəhər uğrunda qanlarından -canlarından keçdilər. İmam Hüseynin(ə) müqəddəs Şəhidlik məktəbini keçən minlərlə qəhrəman oğlumuz Vətən və Haqq yolunda gözlərini qırpmadan canlarını qurban verdilər. Azərbaycan xalqı Böyük Qələbənin möhtəşəm sədasını noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaqdan başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü.
Çoxları qanları -canları ilə döyüşüb Vətən qazisi oldu, onlar əl-ayaqlarını, gözlərini, sağlamlıqlarını Vətən yolunda qurban versələrər də peşimanlıq duymadılar. Vətən təkrar onları səsləsə, yenə də gedəcəklərini qururla söylədilər.
Erməni faşistlərinə qarşı mübarizəyə atılan Hüseynçilərə Allaha güclü inamları, güllələr altında qidıqları namazlar və amansız düşmənə sonsuz nifrət hissi güç verirdi. Əhli Beyt (ə) və Şəhidlərin ruhlarına mərsiyələr deyən, dostlarının qisasını almağa and içən bu imanlı gənclər qərb dövlətləri tərəfindən tam dəstəklənən düşmən qüvvələrini darmadağın edərək müqəddəs Şəhidlik məktəbinin məzunları olduqlarını sübuta yetirdilər. Şübhəsiz ki, aclığa və süsüzluğa dözüb düşmənə qarşı mərdcəsinə döyüşmək İmam Hüseyn (ə) məktəbindən alınan örnəkdir. Məhz buna görə də “Ya Hüseyn!” deyərək döyüşə atılan Azərbaycan əsgərləri qətiyyətli və müzəffər əhvalda idilər.
İkinci Qarabağ müharibəsində iştirak edən Hüseynçilər böyük rəşadətlər göstərməklə yanaşı ,həm də böyük mənəvi ruha sahib idilər. Onlar Allah uğrunda cihada qalxaraq vətəni yağı düşmənlərdən qorudular. Bu müharibədə əsgərlərimizə ruh yüksəkliyi verən ən əsas amil dindarlıq və Əhli-Beyt (ə) məktəbinin göstərişlərinə əməl etmək idi. Yağı düşmənlə üz-üzə rəşadətlə döyüşən əsgərlərimiz səbir və imana sarılıb qorxu hissini yaxına buraxmadılar.
44 günlük Vətən Müharibəsi Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.
30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Haqqında bəhs edəcəyimiz həmin igidlərdən biri də həmin günlərdə Vətənin müdafiəsində öz əsgəri borcunu yerinə yetirən Zeynəlabidin Səmədov idi. O da digər əsgər yoldaşları kimi bir an da tərəddüd etmədən vuruşa atıldı. Gənc əsgər müharibənin ilk günündən Tərtər istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşdü. Suqovuşan istiqamətində düşmən tərəfindən atılan mərmi nəticəsində onlarla yaralı və şəhid verdiyimiz an, Zeynəlabidin də ayağından ağır yaralandı. Yaralandığından və 35 gun hərbi qospitalda müalicə aldığından isə bu cəsur əsgərin ailəsi çox gec xəbər tutdu. Yarası yüngülləşdikdən sonra, yenidən cəbhəyə qayıdan Zeynəlabdin bu dəfə Laçının müdafiəsi üçün döyüşməyə başlayır. 44 günlük müharibə qələbə ilə başa çatdıqdan sonra da bir neçə ay Kəlbəcər-Zəngilan sərhədində əsgəri xidmətini yerinə yetirdi.
Zeynlabidin Suqovuşan istiqamətindəki döyüşlərdə göstərdiyi igidliyə görə dövlətimiz tərəfindən “Cəsur Əsgər”medali ilə təltif olundu. Daha sonra “İgidliyinə görə” medalina da layiq görüldü. Zeynəlabidin Səmədov 3 medalla 2 illik hərbi xidmətdən tərxis olunaraq, bir neçə gün əvvəl evinə -doğmalarının yanına geri dönüb. Belə igid övlad yetişdirən valideylnlərə “əhsən sizə, gözünüz aydın olsun deyirik.
Bu müharibədə qazanılan zəfərin əsas səbəblərindən biri məhz qəhrəman oğullarımınızın Allaha, Vətənə sonsuz sevgisi, qanlı döyüşlər zamanı Şəhidlər Ağası, həzrət İmam Hüseyndən (ə) və Quran Kərimdən ilhamlanaraq düşmən qüvvəsinin üzərinə “Allahu Əkbər!, Ya Hüseyn!” nərələri ilə hücum çəkməsi, düşməni geri qaçmağa və məğlub olmağa vadar etməsi idi. Əslində bu qələbə, Mİnsk qrupunun, qərb dövlətlərinin və yaxud digər beynəlxalq təşkilatların apardığı siyasi danışıqlar və müzakirələrin nəticəsi deyildi. Bu zəfər qəhrəman Azərbaycan oğullarının rəşadətinin nəticəsi idi.