Axtarış...

"Aztelekom", BRTİB və rayon telekommunikasiya şöbələri ləğv olunur - Rabitə sektorunda islahat başladı

"Aztelekom", BRTİB və rayon telekommunikasiya şöbələri ləğv olunur - Rabitə sektorunda islahat başladı

Bu ilin yanvar ayında Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilən Rəşad Nəbiyev keçirdiyi ilk kollegiya iclasında rəhbərlik etdiyi sahədə islahatların anonsunu verib.

Cebhe.info xəbər verir ki, həmin iclasda kollegiyanın qərarı ilə nazirliyin tərkibində olan bir sıra müəssisələrin ləğvi və ya birləşdirilməsi barədə qərar verilib.

Qərara əsasən, "Aztelekom" MMC ilə "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) də birləşdiriləcək müəssisələr arasında olmalı imiş.

Bu barədə veirlən məlumata görə, qərara əsasən, bu iki MMC-nin birləşdirilməsi iyulun 1-dək yekunlaşdırılmalı imiş. Eyni zamanda, bu prosesdən sonra bölgələr üzrə regional idarələr yaradılacaqmış.

Ancaq bəlli olduğu kimi, bu tarixdən 5 gün ötsə də, qərar icra olunmayıb.

Bildirildiyinə görə, qərarın icrasının ləngiməsinin bir çox səbəbi var...

Aldığımız məlumata görə, artıq iki qurumun birləşdirilməsi prosesinə bölgələrdə start verilir.

Belə ki, iyulun 6-da Yevlaxda 7 ətraf rayonların telekommunikisya müəssislərinin rəhbərləri toplanacaq:

"Bu toplantıda ilk regional idarənin yaradılmasının elanı gözlənilir. Yəqin ki, bundan sonra sözügedən qərarın icarsı da sürətlənəcək".


Daha çox xəbər

Şərh yaz