Axtarış...

Qəbələdə KƏSİLƏN NƏFƏSİMİZ... - İTTİHAM

Qəbələdə KƏSİLƏN NƏFƏSİMİZ... - İTTİHAM

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin son vaxtlar Bakı şəhərində ağacların qanunsuz kəsilməsinin qarşısının alınması,qarşısını ala bilmədikləri yerlərdə isə ağac kəsənlərin cərimələnməsi barədə açıqlamalarına tez -tez rast gəlinir. Bu açıqlamalarda diqqət çəkən məqam təbii ki,ağacların kəsilməsinin qarşısının alınması deyil,onlara kəsilən cərimələridir. Bəzi hallarda 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyinə görə min manat cərimə tətbiq edən nazirlik, bəzi hallarda isə bir neçə kub metr ağaç kəsintisinə görə 300-500 manat cərimələr tətbiq edir.

Aktualinfo.org Azərbaycanın bir çox dağlıq rayonlarında, gözdən üzaq böyük meşələrində,təbiət qoruqlarında qırılan, məhv edilən meşə massivləri barədə kifayət qədər geniş məqalələr dərc edib. Ekologiya və və Təbii Sərvətlər Nazirliyi bir neçə dəfə məqalədə göstərilənlərin araşdırılaraq redaksiyaya məlumat veriləcəyini bildirmişdi. Amma yerlərdə olan mənbələrimizin verdiyi məlumatlara görə, nazirlikdən yoxlamağa gedənlər,heç ağacların kəsildiyi ərazilərə belə baş çəkmir,yeyib-içib hər şeyin qaydasında olması barədə akt tərtib edib geri qayıdırlar.

Qəbələ rayon Həmzəli kənd sakini, Qəbələ Regional Meşə Təsərrüfatı İdarəsinin keçmiş işçisi olmuş Həsrət Hacıyevin respublikanın güç strukturlarına etdiyi müraciət olduqca maraqlıdır. Bir meşəbəyinin ay ərzində kəsilərək meşədən çıxarılan ağacların dəftərçədə apardığı gündəlik qeydiyyatına çox istərdik elə güc strukturları ilə yanaşı,Ekologiya nazirliyinin rəsmiləri də münasibət bildirsin. Həsrət Hacıyevin sözügedən müraciətini olduğu kimi təqdim edirik.

Mən, Qəbələ rayonun Həmzəli kəndində yaşayıram.Oğlum Asif Heydərov Qəbələ rayon Meşə Təsəsrrüfatı İdarəsində işləyir. Onun qoruduğu 06 saylı dolayı bir neçə aydır ki, saxta qırma sahəsi adıyla kütləvi şəkildə qırır və sonra isə həmin ağacların kötüyünə damqa vururlar. Guya ki. ağaclar qanuni odun üçün kəsilibmiş. Həmin qırılan ərazilərədə bu işi direktor, idərədəki əmək müfəttişi işləyən Kənan Fətullayevə tapşırırdı. Kənan da bir peşəkar olduğu üçün idarəyə təzəcə işə gətirdiyi Elmar adlı qohumunu və idarəyə məxsus UAZ markalı maşını meşənin yanında saxlayaraq URAL və ZİL markalı maşınları ağac kəsib daşımaq üçün meşəyə buraxaraq hər maşın reysi üçün 500 manatdan pul yığdırırlar. Təxmininən son aylarda bu vaxta kimi 220 reys material ( hər URALa ən azı 10 kub m material yığmaqla) tək oğlumun meşəsindən odun adı altında material çıxarıb satıblar. Mən dəfələrlə bu işə öz narazılığımı bildirsəm də Kənan və direktor mənə bildirmişlər ki, sənlik deyil, özümüz qaydasına qoyacağıq. Mən meşə sahə müdirinin köməkçisi Özala dedim ki, oğlumun gözətçisi olduğu meşədə qalan bir neçə damğa vurulmamış ağaclara da damğa vur. O gecə saatlarında direktorun ( Alim Əlizadə) şoferi Cəsarətlə meşəyə özləri qəsdən maşın buraxıb sonra həmin maşını da özləri saxlayıblar. Guya mənim oğlum bu maşını meşəyə buraxdırıbmış. Amma teatr qurublar. Mən bir peşəkar meşə işçisi kimi yazdıqlarımı tam şəkildə sübut etməyə hər vaxt hazıram. Həm də idarə rəhbərliyi tərəfindən kəsilən hər bir ağac kötüyünü dəqiq göstərməyə hazıram. Bu hal bütün meşələrdə də baş verməkdədir.

Əlavə olaraq onu da qeyd edim ki, müharibədən sonra noyabr ayında biz hamılıqla şəhid olmuş qardaş oğlumun axtarışına başımız qarşıq olduğu zamanda da idarə rəhbərliyinin göstərişilə Həmzəli meşəsində qanunsuz ağac kəsimlərini davam etdirib pul qazanıblar. Dedim ki, axı bu baş qarışıqlığında belə olmaz. O da məlum olmuşdur ki, həmin Kənan Fətəliyev hazırda Oğuz rayon Məhkəməsində davam edən kütləvi ağac kəsimilə bağlı açılan cinayət işi üzrə məhkəməyə cəlb edilmişdir. Belə ki, o Oğuz rayonun Xaçmaz meşəsindən pul verib 2 nəfərə kəsdirdiyi 29 yekə diametrli fısdıq ağaclarıilə bağlı başlanan cinayət işinə cəlb olunub. Yəni bu adam əhbərinin tapşırığı əsasında bütün region meşələrində qanunsuz ağac kəsdirib satmaqla pul qazanmaqla nəticədə dövlətə külli miqdarda ziyan vurmaqla məşğuldur. Və maraqlıdır ki, bu dəstə Bakıdakı adamlarına güvənib heç nədən qorxmurlar. Çox arxayındırlar. Belə olmasaydı əvvəl də qanusuz ağac kəsilməsinə görə etdiyim şikayətə Nazirlik bir cavab verərdi. Yəni əlbirdirlər. Belə olmasaydı 220 reys maşın ağac daşınan ərazidə Nazirliyin inspektorları hər dəfə 06 saylı dolaya gəlib heç bir ağac kəsintisnə rast gəlmədikləri barədə yalan məlumat verməzdilər.Və qarşılığında rüşvətlərini alıb gediblər.

Cənab Prezident Sizdən xahiş edirəm ki, hazırda istintaqı aparılan Qəbələ Regional Meşə Təsərrüfatı direktoru olmuş İlqar Qəribovun yolunu davam etdirən tör-töküntü dəstəsinin də çoxsaylı ağac kəsimləri hesabına milyonlarla pul qazanan cinayətkarların və himayədarlarının da cəzalanmasına göstəriş verəsiniz.
Text-to-Speech

DİNLƏ






Şərh yaz