İyul ayında Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Bildirilir ki, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.