Axtarış...

“Tikinti Təmir RR” MMC 830 min manatdan kimə daha çox “pay” verib? - İLGİNC FAKTLAR

“Tikinti Təmir RR” MMC 830 min manatdan kimə daha çox “pay” verib? - İLGİNC FAKTLAR


Son aylar dövrü mətbuatda dövlət satınalmaları yolu ilə atrılan vəsaitlərin təyinatından kənarlaşdırılması ilə bağlı kifayət qədər ciddi ittihamlar səslənməkdidir. Xüsusilə də yaşlı insanların adına dövlət qeydiyyatına alınmış,əslində isə kimlər tərəfindən idarə olunduğu bilinməyən şirkətlərin yaratdığı borca görə vergi orqanları tərəfindən göndərilən məktublar barədə də məlumatlar da çoxalıb. Yəni bunun bir növ kütləvi hal olduğu artıq üzə çıxmaqdadır.

Aktualinfo.org apardığı araşdırmalarda tender yolu ilə milyonlarla manat dövlət sifarişi alan 5-10 manat nizamnamə kapitalına malık MMC-lər mövzusuna dəfələrlə toxunub. Belə MMC-lər yüzlərlə,bəlkə də minlərlədir. Onlardan birinin, “Tikinti Təmir RR” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti barədə bir müddət əvvəl məlumat vermişdik. Bu mövzuya niyə bir daha qayıtdıq? Əvvəlcə MMC -nin yaranması və gördüyü işlərə diqqət yetirək.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 14.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şabran rayonu Bor-Bor kəndi, qanuni təmsilçisinin isə Əmrahov Hüseyin Nurəddin oğlu olduğu göstərilir.

Qeyd edək ki,2019-cu ilin avqustunda mətbuatda yer alan məlumatlara görə Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrində MMC-nin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımov kimi göstərilib.

Cəmi 10 manat nizamnamə kapitalı olan bu MMC 09.08.2019-cu il tarixdə “Azərişıq” ASC tərəfindən keçirilmiş, Abşeron rayonu ərazisində torpaq sahələrinin suvarma sisteminin və Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində yerləşən aqroparkın xarici elektrik təchizatı işləri üzrə 1 549 306.76 manat, 10.07.2019-cu il tarixdə Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması üzrə 316 800 manat, 15.04.2019-cu il tarixdə Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının Qusar şəhər yollarının əsaslı təmir işlərini aparılması üzrə 434 479.95 manat məbləğində tenderlərin qalibi olub. Amma dövlətdən aldığı sifarişlərə rəğmən,dövlətə olan vergiləri ödəməyib.

“Tikinti Təmir RR” MMC 830 min manatdan kimə daha çox “pay” verib? - İLGİNC FAKTLAR

İndi gəlin müəyyən edək görək MMC ayrılan vəsaitləri necə xərcləyib ki vergi ödənilməyib. Təbii ki,vergiyə verilməyən pullar mənimsənilən pullardır. Həmin pulları MMC rəhbərləyi kimlərlə bölüşüb. 2015-ci ildən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini, 04.09.2018-ci ildən 7 yanvar 2020-ci il ASC sədrinin səlahiyyətlərini icra etmiş Vüqar Əhmədovla. 28 avqust 2018-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olan Niyazi Bayramovla. 18.12.2007-ci il tarixindən Qusar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Şair Alxasovla. 5 aprel 2019-cu il tarixdən Siyəzən rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Novruz Novruzovla. İndi burada kim daha çox “pay” götürüb bəlli deyil. Bəlli olan odur ki, MMC bu qədər borcla hələ də fəaliyyət göstərir və buna gözün üstündə, qaşın var deyən yoxdur.

Qeyd edək ki,2019-cu ilin yanvarında dövlət qeydiyyatına alınmış MMC apreldə Qusar rayon İcra Hakimiyyəti başçısının sifarışi əsasında Qusar şəhər yollarının əsaslı təmir işlərini aparıb.Dövlət satınalmalarının rəsmi portalında cəmi 3 tenderdə iştirak etdiyi göstərilən, 2 300 586 manat dəyərində dövlət sifarişi almış MMC-nin birinci məqalə dərc olunduğu günə,yəni 07.06.21-ci il tarixə 828 317.44 manat vergi borcu olduğu göstərilir. Maraqlı burasıdır ki, hazırki məlumata görə 830 357.72 manat göstərilir. Yəni MMC-nin borcu 15 günə 2040.28 manat artıb.

“Tikinti Təmir RR” MMC 830 min manatdan kimə daha çox “pay” verib? - İLGİNC FAKTLAR

MMC-nin dövlətə olan vergi borcu onu göstərir ki, kifayət qədər iri məbləğli satınalmalarda iştirak edib. Lakin onların böyük əksəriyyəti ictimaiyyətdən gizlədilib. Məsələn 12.04 2019-cu ildə Siyəzən rayon İHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinin “Yolların əsaslı təmiri”, “Şəhərin abadlaşdırılması” və “Mənzil fondunun əsaslı təmiri” işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində “Tikinti Təmir RR” MMC qalib elan olunmuş və müvafiq satınalma müqavilələri bağlanmışdır. Amma ayrılmış vəsait barədə heç bir məlumat göstərilməmişdir.

Bundan başqa Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə “Tikinti Təmir RR” MMC qalib şirkət elan olunmuş və həmin MMC ilə 2019-cu il iyulun 3-də satınalma müqaviləsi bağlanılmışdır. Lakin ayrılmış vəsait barədə heç bir məlumat verilməmişdir.

Bəlli olan odur ki,MMC-nin qalibi olduğu bir çox tenderlərdə müqavilələr formal olaraq bağlanmış, satınalmaların vahid portalına yerləşdirməmişdir. Bir növ gizlin həyata keçirilmişdir ki,nəticədə vergiyə ödəniləcək pullar mənimsənilmişdir. Maraqlıdır bu MMC-kimə və yaxud kimlərə məxsusdur. Sıradan bir nəfər,Şabran rayonu Bor-Bor kənd sakini olan, yəni MMC-nin qanuni təmsilçiləri kimi göstərilən Qasımov Samir Ələmdar oğlu da, Əmrahov Hüseyin Nurəddin oğlu da belə bir ağır yükün altına girə bilməzlər. Bəs onda dövləti talayan,1 milyon manata yaxın vergi borcu yaradan bu MMC-nin arxasında kimlər dayanır. Bir kənd sakininə bu qədər vergi borcu yaratmağa İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti imkan verərdimi? Bu təbii ki, rayonlarda sifarişlərini həyata keçirən İcra başçılarına aid bir məsələdir.Yəni onların arxasında duran bir nəfərdir. Qusardan Bakıya,Siyəzəndən Gəncəyə bir kənd sakininə kim sifarişlər verə bilər? Ancaq daha yüksək vəzifəli şəxslər. Bu MMC-ni Bakıdan kimlər edir? Aydınlıq gətirilməsi vergi və hüquq mühafizə orqanlarının üzərinə düşür.

Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz