Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olan AzTV-nin əməkdaşı Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə gətirilib.
Millitv.az xəbər verir ki, onların nəşi müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.
***
Kəlbəcərdə minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışovun, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun nəşi yaxınlarına təhvil verilərək, Bakı şəhərinə, Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi isə Göygöl rayonuna yola salınıb.