Məlumdur ki, bütün dünya dəhşətli bəla olan koronavirusa qarşı mübarizəyə səfərbər olub, başda ölkə başçıları olmaqla, alimlər, mütəxəssislər gecə-gündüz çalışır.
Bu məsələdə öndə tibb alimləri, səhiyyə sistemi olmalıdır.
Təəssüf ki, səhiyyəmizin “qlava”sı Əli İnsanov təzə həbsxanadan çıxıb və radikal müxalifət olmaq eşqinə düşüb. Onu uzun illər əvəz edən səhiyyə naziri Oqtay Şirəliyev isə qeybə çəkilmişdi. Həm Əli İnsanov, həm də Oqtay Şirəliyev Azərbaycan səhiyyəsini elə günə qoyublar ki, bu vəziyyətdən çıxmaq üçün xeyli zaman lazım olacaq.
Başqa bir “qəhrəman”ımız isə uzun illər ÖLKƏNİN BAŞ İNFEKSİONİSTİ işləmiş Cəlal İsayevdir.
Yəni virusla mübarizədə bu adam bir başa məsuliyyət daşıyır, özü də Operativ Qərargahın üzvüdür.
Ölkə COVİD virusu ilə vuruşur, bu adam, yəni ölkənin baş infeksionisti gedib oturub Qubada dincəlirdi. Hansı ki, rayonlara getmək qadağan idi. Və təbii ki, vəzifəsindən uzaqlaşdırıldı.
Bu adamdan soruşurlar ki, nə baş verdi ?
Deyir ki, 5 ildir ki, tutmuş olduğum bu vəzifədə işləməkdən çox yorulmuşdum və əlavə edir ki, bu İCTİMAİ VƏZİFƏDİR.
Bu bilirsiniz nəyə oxşayır ?
Müharibə gedən zamanda elə bil müdafiə naziri deyir ki, yaman yorulmuşam, gedirəm..
İkincisi, ən maraqlısı odur ki, Cəlal İsayev deyir ki, bu ictimai vəzifədir, yəni MAAŞ-sız, PUL-suz...
Aha, indi gələk mətləb üstünə.
Ötən həftə yayılan rəsmi xəbərlərdən bəlli oldu ki, Bakıda oğrular Cəlal İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.
Yəni söhbət ən azı 100 min dollardan gedir.
Görəsən, 5 il maaşsız ölkənin Baş infeksionisti olan, böyük vəzifəsi Azərbaycan Tibb Universitetində “İnfeksion xəstəliklər” kafedrasının dosenti olan adam bu 100 min dolları haradan və necə qazanıb ?
Yəni bu adam rektor, hətta dekan-zad da olmayıb. Bəs bu pulların mənbəyi nədir ?
Axı, siz ATU-nun müəllimi olaraq dövlətdən orta məbləğdə maaş alırsınız, cənab Cəlal İsayev ?
Başqa nə gəliriniz var ? Bəlkə dünya səviyyəli kəşfiniz olub ?
Əli İnsanov o vaxt deyirdi, MAZ düzəldib pul qazanmışam.
Bəs sən nə qayırmısan ?
Metro Tağıdan soruşanda ki, 3 milyon rüşvəti necə verdin ?
Deyirdi başımı islədib qazanmışam ?
Sən haranı işlətmisən, cənab Baş infeksionist..? //gundelik-baku.com//