Axtarış...

Respublikası Klinik Xəstəxanasında özbaşınalıqlar... - NARAZILIQ!

Respublikası Klinik Xəstəxanasında özbaşınalıqlar... - NARAZILIQ!


M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasındakı özbaşınalıqlardan illərdir ki, mətbuatda bəhs edilir. Lakin bu günə kimi xəstəxana rəhbərliyi bu hərc-mərcliyin qarşısını almaqda maraqlı deyil. Axı nizam-intizam olan yerdə rüşvət almaq mümkün olmayacaq. Ona görə də rəhbərlik heç vaxt istəməz ki, xəstəxanada qayda yaratsın.

Dünən başına gələn problemlə bağlı Moderator.az-ın redaksiyasına şikayət edən A.Bayramov xəstəxanada qarşılaşdığı özbaşınalıqla bağlı ürək ağrısıyla danışıb. A.Bayramov deyib ki, həyat yoldaşını halsız vəziyyətdə xəstəxanaya çatdırsa da, orda həkim tapa bilməyib:

“Günorta saat 14:00 radələrində həyat yoldaşım özünü pis hiss etdiyi üçün evimizin yaxınlığında yerləşən M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasına apardım. Lakin xəstəxanada bir nəfər həkim tapmadım ki, həyat yoldaşımın səhhəti ilə maraqlansın. Bundan sonra əsəbiləşib həkim tələb etdim. Əl-ayağa düşən tibb bacıları bir cavan oğlana həkim xalatı geyindirib gətirdilər ki, buyurun, həkim budur. Özünü nervopatoloq kimi təqdim edən şəxs həyat yoldaşımı müayinə etsə də heç bir xeyri olmadı. Həyat yoldaşımı da götürüb kor-peşman evə qayıtdıq. Bir sözlə, xəstəxanada hərc-mərclikdi. Belə xəstəxana olmaz axı”.

A.Bayramov məsələylə bağlı Səhiyyə Nazirliyinə də şikayət edəcəyini bildirib:

“Bu gün mən və sabah da mənim kimi bir neçə vətəndaş bu özbaşınalıqla rastlaşacaq. Ona görə də Səhiyyə Nazirliyinə şikayət edəcəm ki, tədbir görsünlər. İnsan həyatını heçə saymaq bu xəstəxanada bu qədərmi asandı?”.

Hələ dörd il öncə adı çəkilən xəstəxada ilk övladını dünyaya gətirən S.Qürbətova əməkdaşımızla söhbəti zamanı bildirib ki, hələ də orda gördüklərini unuda bilmir:

“Dörd il öncə ilk övladımı adı çəkilən xəstəxanada dünyaya gətirdim. Əməliyyatım xəstəxanaya dəvət etdiyim həkimim tərəfindən uğurla keçsə də, dörd gün orda olmazın zülmün çəkdim. Pul verməsən, heç kim sənlə maraqlanmır. Uşağın ağlaya-ağlaya qalır çarpayısında və bir tibb bacısı yaxın getmir. Həyat yoldaşım mənə yemək gətirəndə qapıda onu da pul alıb mənə çatdırırdılar. İlk övladımı dünyaya gətirərkən aldığım travmadan sonra indi də özümə gələ bilmirəm. Bu dörd ili ancaq tanıdıqlarım arasında təbliğ edirəm ki, o xəstəxanaya üz tutmasınlar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında adı çəkilən xəstəxanadan onlara da ilginc şikayət daxil olduğunu bildirib:

“Təxminən dörd ay öncə ictimai fəal qadınlarımızdan Rahilə xanım zəng vurub dedi ki, “mənim evimdə kirayədə yaşayan kasıb bir ailə var. Qadının doğuş sancıları başladığı üçün təcili tibbi yardım çağırıb onu “Respublikanski” xəstəxanasına aprdıq. Orda soruşdular ki, “dərmanın, pulun varmı?” Dedik ki, yox. Cavablarında dedilər ki, götürün xəstənizi geri qaytarın. Biz də xəstəni evə qaytardıq və sizdən kömək istəyirik”. Səhiyyə Nazirliyində çox işıqlı bir insan var, orda nazirin müavinidi. Ona zəng vurub xahiş edəndən sonra məsələni həll etdi və uşaq da düyaya gəldi. Rahilə xanım buna görə zəng vurub bizə də təşəkkür etdi.

Ekspert bildirib ki, ümumiyyətlə, səhiyyə sistemində vəziyyət çox acınacaqlıdır:

“Ölkədə səhiyyəylə bağlı vəziyyət oldquca, bərbad vəziyyətdədir. Bizə gələn məlumatlar onu göstərir ki, təxminən diş texniklərinin otuz faizi diş müalicəsi ilə məşğul olur. Səhiyyə sistemində bununla bağlı 20 mindən çox aparatdan istifadə olunur. Bu aparatlar ildə bir dəfə kalibrasiya olunmalıdır. Azərbaycanda isə barmaqla sayıla bilən etalon var. Aparatların hamısı bərbad vəziyyətdədir. Üstəlik səhiyyə işçiləri məsuliyyətdən qaçmaq üçün heç bir yerdə adətən iz qoymurlar. Ciddi problemlərdən biri səhiyyə sistemində demək olar ki, doxsan faiz yerlərdə, xüsusən də özəl tibb müəssisələrində əhaliyə verilən kassa qəbzləri və digər sənədlər saxtadır.
On il bundan qabaq ölkədə pasientlərin hüquqlarının müdafiəsi haqqında qanun müzakirə olunub. Lakin çox təəssüflər olsun ki, o qanun Milli Məclisdə “öldü”. Bu gün Azərbaycanda fəaliyyət göstərən həkimlər əgər insan ölərsə, nə onun pulun qaytarırlar, nə maddi, nə də peşəkarlıq məsuliyyədi daşıyırlar. İllə öncə vətəndaş bizə şikayətində bildirdi ki, “oğlumu əməliyyat etmək üçün gecəylə pul tələb etdilər və mən o pulu tapıb həkimlərə çatdırdım. Amma sonra dedilər ki, övladınız dünyasını dəyişib. Mən əminəm ki, oğlum çoxdan ölmüşdü, sadəcə həkimlər bundan istifadə edib məndən pul alıblar”. Biz səkkiz ay öncə bir klinikada ölən vətəndaşın pulunu övladlarına qaytarmağa nail olduq. Ona görə sizin sayt vasitəsiylə istehlakçılara müraciət edərək demək istəyirəm ki, çevik olsunlar, belə məsələlərdə şikayət etsinlər. Onların aldığı pulu da geri qaytarmaq mümkündür. Bizə bununla bağlı müraciət etsinlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz