Axtarış...

Akademik Gəncədə “qara kassa” rolunda - İTTİHAM

Akademik Gəncədə “qara kassa” rolunda - İTTİHAM


AMEA-nın Gəncə bölməsi ilə bağlı aktualxeber.az-ın redaksiyasına maraqlı məlumatlar daxil olub. Orada mərhum Samir Pişnamaszadənin rəhbərlik etdiyi dönəmi xatırladıqda bəlli olur ki, ondan sonra bu sahədə hər hansı elmi fəaliyyətin uğurlarından danışmaq cəfəngiyatdır. Qurumun iş fəaliyyətinə diqqət yetirdikdə müəyyən etmək olur ki, bu sahədə işləyənlərin, yaxud da adı işdə olub sifətini bir kimsənin görmədiyi “ölücanlar”ın siyahısını AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyevdən başqa bir kimsə bilmir.
Bir məqamı Gəncə sakinlərinə xatırladaq ki, 18 fevral 2011-ci il tarixdə cənab Prezident İlham Əliyevin sərəncamı ilə, Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra, onun şəhər ictimaiyyəti ilə tanışlığı zaman Fuad Əliyev özünü icra başçısına təqdim edib “Siz 13-cü icra başçısı olacaqsınız ki, mən sizinlə də işləməli olacağam” deyir. Burada həssas bir nüansa diqqət yetirək ki, Eldar Əzizovu çıxmaqla bütün başçıların zamanında istədiyinə nail olan F.Əliyev, bu sahədəki “TRİUMF”nu Elmar Vəliyevin zamanında bacara bildi. O, bir-iki il ərzində başçıya yaxın düşə bilməsə də, sonradan ADAU-nun sabiq rektoru mərhum Mirdamət Sadıqovun köməkliyi sayəsində irəli keçə bildi və idarəetmə mexanizminin açarını ələ keçirməyi də bacardı.
2014-cü ildən başlayaraq Gəncədə məmurların kadr məsələləri, yalnız akademik Fuad Əliyevin vasitəsilə həll olunmağa başladı. O, bəzi məmurları təqib etməyi, hətta özünün təsir dairəsinə salmağı da bacardı. Həmin dönəmlərdə “qara kassir” funksiyasını yerinə yetirən Fuad Əliyev, hətta E.Vəliyevin adı ilə bağlı olan “qara kassa” da yaratdı. Çox keçmədi ki, müəyyən adlar adı altında ödəmələr başladı, ödəmələrdən imtina edənlər isə E.Vəliyevin qəzəbinə “tuş gəldilər”. Gəncədə şantaj, intriqaların tüğyan etdiyi bir zamanda “qara kassir”ə tabesizlik edənlərə qarşı kompaniyalar hazırlandı. Həmin vaxtlarda Gəncədə məmurları təsir və təqib altında saxlayanlar kimlər idi? Tam məsuliyyət hissi ilə deyə bilərik ki, 2014-2018 -ci illər ərzində şəhər ictimaiyyətinə gərginlik yaşadan, məmurlardan bir çoxunu özünün təsiri altına alan akademik, demək olar ki, şəhərdə hakimiyyəti tam şəkildə ələ keçirə bilmişdi.
Elmar Vəliyevin qəzəbi qalsın bir yana, Fuad Əliyevin quracağı “tələlər”dən çəkinən, ona “bəli” deməyənlərin aqibətini fikirləşdikdə o da bəlli olurdu ki, məmurların çoxu təşviş və təlaş içində idilər. Akademik Fuad Əliyevin çox kin-küdürətli bir şəxs olması, məhz gəncəlilərə represiya illərini xatırlatdırırdı desək, heç də yanılmarıq. Bu şəxs kin-küdurətini, arzu və istəyini həyata keçirmək istədiyi dönəmdə meydanda tək qalmamaq üçün, Elmar Vəliyev kadr islahatlarına başlayarkən, o, özünə yaxınlığı ilə seçilən Naqif Həmzəyevi lazımi işlə təmin edə bildi. Bu addımı o, ona görə atdı ki, Elmar Vəliyevin atacağı hər bir addımdan Naqif Həmzəyevin vasitəsilə məlumatlı ola bilsin. 2012-ci ildə GDU-ya rektor olmaq arzusunda olan Fuad Əliyevin bəxti ilk gündən “daşa dəydi”.
Qeyd olunan illərdə Gəncə şəhərində baş verənlərə nəzər salaq. Fuad Əliyevin kadrlarından biri, “Soros” İdarəetmə Fondunun koordinatoru olan Nadir İbadovun dəstəyi ilə ölkəyə qayıdan Naqif Həmzəyev, əvvəl GDU-da, bir müddət sonra isə ADAU-da çalışdı. Daha sonra N. Həmzəyev Fuad Əliyevin dəstəyi ilə YAP Gəncə şəhər təşkilatının sədri oldu. O, çox keçmədi ki, həm Elmar Vəliyevin sudaşıyanı oldu, həm də müəyyən tədbirlərdə mikrafonları “ustanovka” etməklə, Milli Məclisdə YAP-nı təmsil edən millət vəkillərindən biri oldu. Çox keçmədi ki, Fuad Əliyev daha bir kadrını tezbazar deputat kürsüsünə otuzdura bildi. Həmin şəxsin bioqrafiyasında orta məktəbi hansısa gümüş ya qızıl medalla bitirdiyi bildirilən, qeyri-rəsmi nigahdan doğulan, GDU-da elmi işlər üzrə prorektor vəzifəsini daşıyan Pərvin Kərimzadə oldu. Bir məqamı qeyd edək ki, P.Kərimzadə orta məktəbi bitirdiyi zaman, yəni 1992-ci ildə orta məktəblərdə qızıl və gümüş müdalların küllü satışınının həyata keçirdiyi üçün, 1989-cu ildən 1992-ci ilə qədər təhsil naziri işləmiş Rafiq Babaş oğlu Feyzullayev vəzifəsindən azad olunur.
Bugün də köhnə qaydalarla çalışmaqda olan Fuad Əliyevin elmi fəaliyyətinə nəzər salıb, Gəncə Elm Mərkəzinin binasına baxmaq kifayət edir ki, burada nələrin baş verməsindən xəbərdar olmaq mümkün olsun. Şəhərin mərkəzi hissəsində yerləşən AMEA-ya məxsus binanın sağ və sol tərəfindəki giriş qapıları 2018-ci ilin yay aylarından bağlanmış və Fuad Əliyevin ailə üzvlərinə, həyat yoldaşına və qızına məxsus olan obyekt inşa olunub. AMEA-nın Gəncə şöbəsinin elmi fəaliyyəti Fuad Əliyevin sayəsində, ancaq bu şəxsin ailəsinə xidmət göstərdiyindən, hal-hazırda bazar iqtisadiyyatına keçib. Binanın bir hissəsində parfyumeriya dükanı, digər tərəfində isə estetik gözəllik salonu fəaliyyət göstərir. Burada işləyən “ölü canlar”ın elmin hansı sahəsində çalışdıqları da gülünc doğurur. Elmi nailiyyətlər oçağı olan AMEA-nın, hal-hazırda akademik Fuad Əliyevin sayəsində düşdüyü bəlalardan məlumatlı olmaq üçün, binanın daxilinə keçməzdən öncə onun sağ, sol, və arxa tərəfindəki obyektlərə baxmaq kifayət edər. Gəncə şəhər İcra Hakimiyyətinin binası ilə üzbəüz ərazidə yerləşən bu binanın arxasına keçən yolların bağlanmasına, Fuad Əliyevin ailəsinə məxsus ticarət obyektləri tikilməsinə, görəsən şəhərin indiki rəhbərliyi niyə münasibət bildirmir? Yoxsa zamanı çatmayıb? Bəs AMEA-nın prezidenti Ramiz Mehdiyev yuxarıda sadaladıqlarımızla bağlı nə düşünür?
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz