Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir. Müxtəlif ölkələrin informasiya platformalarında tədbirlə bağlı 100-dən çox xəbər verilib. Eyni zamanda, tədbir iştirakçısı olan beynəlxalq mərkəzlərin nümayəndələri və bir sıra ekspertlər də sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirləri paylaşıb, həmçinin buna münasibət bildiriblər.
Millitv.az xəbər verir ki, qardaş Türkiyənin “Anadolu Ajansı”, “Yeni Haber”, “Sözcü”, “Demirören Haber Ajansı”, “Mynet”, “Gazete Vatan”, “Yeni Şafak”, “Haber Global” kimi aparıcı KİV-ləri Azərbaycan Prezidentinin çıxışına dair çoxsaylı materiallar, o cümlədən videoxəbərlər hazırlayaraq yayımlayıblar.
Azərbaycan Prezidentinin bölgədəki mövcud vəziyyət haqqında açıqlamaları, Cənubi Qafqazın gələcəyinə dair fikir və mülahizələri, əhatəli şərhləri Rusiya mətbuatında da geniş yer alıb. ТАСС, “REGNUM”, “РИА Новости”, “Вестник Кавказа”, “Взгляд”, “News.ru”, “Lenta.ru”, MKRU, “Коммерсант”, “Eurasia Daily”, Газета, РБК, “РОСБАЛТ”, “360”, “Федеральное Агенство Новостей”, “Life”, RT, “Известия”, “Вести”, “Независимая Газета”, “Федеральное Агенство Новостей” kimi informasiya agentlikləri, televiziya və qəzetlər dövlət başçısının çıxışına istinadla konfrans haqqında geniş informasiyalar veriblər.
İlham Əliyevin konfransdakı çıxışı Ukraynanın “Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “GORDON”, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua”, “GuildHall”, “24tv.ua”, “News.ua”, “Espreso”, RBC.ua, “Газета”, “Деловая Столица”, “112 Ukraine” və digər informasiya mənbələrində də geniş işıqlandırılıb. Ukrayna və rus dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin çıxışındakı bir sıra fikirlər xəbər başlıqlarına çevrilib.
“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans qonşu Gürcüstanda da KİV-in marağına səbəb olub. Bu ölkənin “report.ge”, “interpress.ge”, “24news.ge”, “kvira.ge”, “aktual.ge”, “ghn.ge”, “accentnews.ge”, “1tv.ge”, “KavkazPlus” və digər portalları Prezident İlham Əliyevin konfransdakı çıxışından bəzi məqamları oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırıblar.
Azərbaycan Prezidentinin nitqi Bolqarıstanın “Focus-News”, Livanın “IMLebanon News”, Misirin “Aldiplomacy”, Pakistanın “Urdu Point”, Hindistanın “United News of India”, Moldovanın “Noi.md”, Belarusun “Charter97”, Litvanın “Slaptai”, Qırğızıstanın “turktoday.info” media qurumları tərəfindən də ətraflı işıqlandırılıb.
Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışından bir sıra məqamlar sosial şəbəkələrdə geniş paylaşılıb. Məsələn, konfransın Türkiyədən olan iştirakçıları Hasan Ünal və Ahmet Uysalın, habelə Pakistanın Qlobal Strateji Elmlər Mərkəzinin tvitlərində tədbirin əhəmiyyəti, Azərbaycan Prezidentinin çıxışındakı nüanslar vurğulanıb.
Bundan başqa, bir sıra xarici ekspertlərin də dövlətimizin başçısının çıxışı ilə bağlı fikirləri diqqəti cəlb edir. ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz ümumilikdə tədbiri beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışının və ədalətli, dəyişməz siyasətinin növbəti nümayişi kimi dəyərləndirib.
Macarıstanın ingilis dilində yayımlanan “Daily News Hungary” internet resursunun yaradıcısı Alpar Kato isə Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səsləndirdiyi fikirlərlə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, həmçinin qazanılmış hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə yönəltməyə sadiqliyini nümayiş etdirdiyini deyib.
Qeyd edək ki, ilk dəfə olaraq Prezident İlham Əliyevin rəsmi “YouTube” kanalında və “Facebook” səhifəsində canlı yayım formatında təqdim olunan konfransa “Facebook” səhifəsində 120 971 nəfər baxıb, 23 276 nəfər bəyənib və şərh. Həmçinin “YouTube” kanalında konfransa 16 795 baxış olub.