Azərbaycan yeni, məsuliyyətli mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, ölkədə bütün sahələr üzrə köklü islahatlar, sağlamlaşdırma tədbirləri həyata keçirilir. Heç şübhəsiz, DİN-in “vitrin” orqanlarından olan Dövlət Yol Polisində də islahatların aparılması, şəffaflığın təmin edilməsi əsas gözləntilərdən biri kimi daim müzakirə predmetinə çevrilib.
Bəs digər sahələrdə - iqtsiadi və siyasi bloklar üzrə əldə olunan müsbət nəticələr DYP-də də əldə olunubmu? Təəssüf ki, Dövlət Yol Polisi islahatlar kursunda vacib element kimi çıxış edə bilmir, ona görə də bu qurum haqqında müsbət fikirlər söyləmək hələ çox tezdir. DYP-dəki problemlər daha da dərinləşir, narazılıqlar artmaqda davam edir.
Öncəliklə qeyd edək ki, Azsiyaset.com saytı olaraq, DİN orqanlarının müsbət addımlarını daikm təqdi etmiş və işıqlandırmışıq. Yəni bu yazıda da heç bir qərəzdən, qeyri-obyektivlikdən söhbət gedə bilməz.
Azsiyasət.com saytına daxil olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılov bu vəzifəyə təyin olunduğu gündən qurumda “inqilabi” dəyişikliklərə imza atıb. Təbii ki, bu dəyişiklər müsbət keyfiyyətləri özündə ehtiva etmir. Bildirilir ki, hazırda hər bir Yol Patrul maşınlarına günlük tələb qoyulub. Belə ki, YPX maşınlarının hər biri gündəlik ona 300 manat pul çatdırmalıdır.
Məsələnin ciddiliyini nəzərə alaraq, kiçik bir araşdırma apardıq, axı F.Mayılovdan da əvvəl belə bir rüşvət sistemi mövcud olub. Ancaq tələb 300 manat yox, 150-200 manat olub. YPX əməkdaşlarının üzərinə birdən-birə qoyulan bu tələb onları da çıxılmaz durumda qoyub. Şübhəsiz ki, YPX əməkdaşları da bu pulu vətəndaşlardan çıxarmalı olurlar. Qeyd edək ki, polkovnik-leytenant F.Mayılov 2020-ci ilij aprelində bu vəzifəyə təyin olunub və belə bir rüşvət sistemi məhz onun dönəmində daha da şişərək pik həddə çatıb.
Məsələ ilə bağlı BDYP-nin mövqeyini öyrənək istəsək də, müxtəlif bəhanələrlə suallarımıza cavab verməkdən yayındılar. /Azsiyasət.com/