Axtarış...

Mehriban Əliyevadan 31 Mart Soyqırımı ilə bağlı paylaşım

Mehriban Əliyevadan 31 Mart Soyqırımı ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.
Mehriban Əliyevadan 31 Mart Soyqırımı ilə bağlı paylaşım
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz