26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib.
Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, bu materiallar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanunvericiliyinə əsasən dövlət satınalma prosedurlarına uyğun həyata keçirilir.