Gəncə Dövlət Universitetinin əsaslı təmir üzrə 01.02.2021-ci il tarixdə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsi bağlaması həm marağımıza,həm də təəccübümüzə səbəb oldu.Belə ki,ötən həftə universitetin 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8 360 635.26 manat məbləğində satınalma müqavilə bağlaması barədə geniş məqalə yaymışdıq.Bəs necə oldu ki,Gəncə Dövlət Universitetinin rəhbərliyi dövlət sanalmalarının rəsmi internet saytında belə bir müqavilənin bağlanması barədə yenidən elan verib?
Aktualinfo.org xatırladır ki,məlumatın dəqiqləşdiriliməsi üçün 21.01.2021-ci il tarixdə universitetin Tender Komissiyasına göndərdiyimiz sorğu məktubuna heç bir cavab verilmədi.Ardınca, 26 yanvar tarixində Aktualinfo.org saytında “Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirdi?” başlıqlı məqalə yayıldı. Gəncə Dovlət Universitetinin rəhbərliyi məqalənin də üstündən sükutla keçdi,məlumatların yalan,yanlış olması barədə heç bir münasibət bildirmədi. Başqa vaxt rektor mətbuatı qərəzçilikdə suçlayır. Fevralın 1-də isə universitet tərəfindən cari təmir işləri üzrə yenidən tender keçirildiyi və qalibin də “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti olduğu barədə dövlət sanalmalarının rəsmi internet saytında məlumat yerləşdirldi.Amma bu dəfə bir az fərqli. 24.12.2019-cu il tarixdə podratçı şirkətin VÖEN-i (1400122681) kimi göstərilən,amma “MUĞANBANK” Açıq Səhmdar Cəmiyyətinə məxsus olan deyil,MMC-nin öz VÖEN-i yerləşdirildi. Bu bir yanlışlıqmıdır,təsadüfdümü,yoxsa səhvlər üzərində düzəlişdimi bəlli deyil.İndi Gəncə Dövlət Universitetinin əsaslı təmirə yenidən 8 milyon manat ayırmamadığına bizi kim inandıra bilər?
Bəlli olan oludur ki,Gəncə Dövlət Universiteti başda rektor Yusif Yüsifov olmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini sıfıra endirdi. Azərbaycan Respublikasının İqtisadıyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu qədərmi qeyri ciddi bir qurumdur? Yəni burada heç bir elan vermədən hər şeyin yerini dəyişmək o qədər asandırmı? Qanuna əsasən bir açıq tenderin keçirilməsi barədə məlumat neçə dəfə verilməlidir? Təbii ki,tender baş tutmaya və bir neçə dəfə keçirilə bilər, amma hər dəfə də baş tutmamanın səbəbləri barədə əvvəlcədən elan verilməlidir.Tenderin nəticələri barədə məlumatlar kisə açıq şəkildə,bir dəfə elan olunur. Qurumun rəsmi internet saytında yanlışlıqların baş verdiyinə biz də arada təsadüf etmişik,və bu səhvlərin tez bir zamanda aradan qaldırıldığının şahidi olmuşuq.Amma bir il, bir neçə aydan sonra bir qurumun keçirmiş olduğu açıq tenderin yenidən keçirilməsi,eyni məbləğdə vəsitin ayrıldığı,qalibin də eyni şirkət oldması, düzəlişin isə ancaq VÖEN-lərdə olduğuna heç rast gəlməmişdik.Bu artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər kəsin istədiyi vaxt,istədiyi məlumatları nümayişkaranə şəkildə dəyişə,başqa,istədiyi formada təqdim edə biləcəyi qeyri-ciddi bir qurum olduğunun göstəricisidir. Bu İqtisadiyyat Nazirliyinə istədiyini diktə etmək demək deyilmi? Bu sözügüdən nazirliyin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə meydan oxumaq demək deyilmi?
Gəncə Dövlət Universiteti 24.12.2019-cu il tarixdə keçirilmiş tenderin ləğv olunması,baş tutmaması,vaxtın uzadılması və ya hər hansı bir səbəb barədə elan veribmi? Dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilmiş məlumata görə nəticəsi 24.12.2019-cu il tarixdə elan olunmuş tenderin başlanma tarixi 17.05.2019-cu il,bitmə tarixi isə 30.12.2019-ci il qoyulub.Məlumatlardan da göründüyü kimi,may ayında başlamalı,dekabrın 30-da bitməli olan tenderin keçirilməsi haqqında məlumat bitmə tarixindən 6 gün əvvəl,yəni 24.12.2019-cu il tarixdə elan olunub.Elə 01.02.2021-ci il tarixdə elan olunmuş məlumatlarda da tenderin başlanma tarixi 17.05.2019-cu il,bitmə tarixi isə 31.12.2019-ci il qoyulub.Tenderin əsas şərtlər toplusunda ətraflı məlumatlar isə nədənsə göstərilmir.Niyə?
Yusif Yusifov Dövlət Xidmətinə belə meydan oxuyur
Yusif Yusifov Dövlət Xidmətinə belə meydan oxuyur
Qayıdaq Gəncə Dövlət Universitetinin təmiri məsələsinə. Ötən yazıda da qeyd etdiyimiz kimi hələ 2017-ci ildə Gəncə Dövlət Universiteti tərəfindən təkcə bir korpusun cari və əsaslı təmir işlərinin satınalmasına ümumi olaraq 653 092 manat xərclənmişdir.Gəncə Dövlət Universiteti bu məqsədlərlə 2014-cü ildə 625 514 və 527.049 manat, 2015-ci ildə isə 1.421.294 manat vəsait ayırıb.
Təbii ki,bütün bu göstərdiklərimiz üzdə olanlardır,yəni açıq internet resurslarından əldə etdiklərimizdir. Əvvəlki illərdə təkrar-təkrar təmir işlərinin aparılmasına vəsaitlər ayrılmasına baxmayaraq 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə keçirilmiş açıq tender yolu ilə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsinin bağlanılması hansı zərurətdən yaranıb? Bu məlumatı 25.12.2019-cu il tarixdə “marja.az” da təsdiqləyir ki,”Gəncə Dövlət Universiteti “19 saylı Tikinti təmir İdarəsi” ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 8 milyon 361 min manatdır. Müqavilə “əsaslı təmiri” nəzərdə tutur.” Bəs üstündən bir il keçdikdən sonra universitetin əsaslı təmirə eyni məbləğdə vəsaitin ayırması və yenidən tender keçirilməsi barədə məlumat yayması nə deməkdir? Nə üçün Gəncə Dövlət Universitetində yol verilən bu kimi qanun pozuntuları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyatı qurumlara məlumat verilmir?
Müqayisə üçün bildirmək istərdik ki,sözügedən “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti 26.12.2019-cu il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 9 mərtəbəli 45 mənzilli 12 №-li yeni yaşayış binasının tikintisi üzrə keçrdiyi tenderdə 3 098 747.24 manat məbləğində müqavilə bağlayıb.
Bu kiçik bir müqayisədən də göründüyü kimi Gəncə Dövlət Universitinin təmirə ayırdığı vəsaitə məcburi köçkünlər üçün bağçası, məktəbi,istirahət parkı ilə birgə 2 ədəd 9 mərtəbəli yaşayış binası tikmək olardı. Maraqlıdır bəs Gəncə Dövlət Universiteti bu təmir işlərini harada aparıb? Xatırladaq ki,müqavilə 24.12.2019-cu il tarixdə bağlanılıb.Ondan cəmi bir neçə ay sonra koronavirus pandemiyası ilə əlaqədər ölkə ərazisindəki bütün tədris müəssisələri Nazirlər Kabinetini qərarı ilə müvəqqəti olaraq qapadılıb.Gəncə şəhərində yaşayan və universitetlə əlaqələri olan mənbədən əldə etdiyimiz məlumatlara görə 2019-cu ilin dekabr ayında bağlanmış bu müqavilə üzrə 2020-ci ildə Gəncə Dövlət Universitetində heç bir əsaslı təmir işləri aparılmamışdır. Universitetin balansında olan tədris korpuslarında da həmçinin. Mənbənin verdiyi məlumatlara görə universitetin tədris korpusları əvvəlki illərdə təmir olunub. Korpusların daxilində isə xırda,kosmetik işlərın aparılmasına göstərilən məvləğin ayrılması mümkün deyil.Bəs tender yolu ilə ayrılmış bu vəsaiti hansı məqsədlər üçün xərclənib?
Qeyd edək ki,hələ 14 yanvar 2019-cu ildə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov “Azərtac”a verdiyi məlumatda bildirib ki, şəhərin Dədə Qorqud küçəsində yerləşən və vaxtilə tələbə şəhərciyi tipində inşa edilmiş ilk 3 yataqxana binası dövlət büdcəsindən ayrılmış vəsait hesabına əsaslı təmir ediləcək. Cavad Rəfibəyli küçəsində yerləşən yataqxana binası isə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yenidən qurulacaq. Məlumatdan da göründüyü kimi yataqxana binasının biri TİKA-nın dəstəyi ilə qurulacaq. Bəs 3 yataqxana binasının təmirinə 8 milyon manatdan çox vəsait ayırmaq nə dərəcədə realdır? Yuxarıda qeyd etdiyimiz kimi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC 9 mərtəbəli 45 mənzilli yaşayış binasını 3 milyon manata tikirsə, Gəncə Dövlət Universitetinin əsaslı təmirə ayırdığı vəsait fantastik deyilmi?
Aktualinfo.org