Axtarış...

Hökumətdən 190 manatla bağlı açıqlama

Hökumətdən 190 manatla bağlı açıqlama



Nazilər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Hökumətdən bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

"Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz