Axtarış...

Prezidentin sökdürdüyü erməni dilindəki lövhə gündəm oldu: Düşmənin canına qorxu saldı - VİDEO



Xəbər verdiyimiz kimi, dekabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Qubadlı və Zəngilana səfər ediblər.

Səfər Prezidentin doğum günü ərəfəsində gerçəkləşdirilib və dövlət başçısının hər il olduğu kimi, yeni yaşını millətimizlə qarşılamasının daha bir nümunəsidir.

Dövlət başçısının Qubadlıya səfəri xüsusi yadda qalıb.

Prezident və Birinci vitse-prezident Qubadlının Qəzyan kəndinə də baş çəkiblər.

Bildiyimiz kimi, bu kənd Milli Qəhrəman, Qubadlının azadlığı yolunda şəhid olmuş Əliyar Əliyevin doğulduğu kənddir.

Dövlətimizin başçısı burada mənfur düşmənin quraşdırdığı, özünə saxta milli kimlik, saxta varlıq yaratmaq arzusundan doğan erməni dilində yazılmış lövhəni sökməyə əsgərlərimizdən xahiş edib.

Hərbçilərimiz İlham Əliyevin bu istəyini böyük məmnuniyyətlə qarşılayıb və dərhal yerinə yetiriblər.

Həmin görüntülər qısa zamanda bütün ölkə gündəmini zəbt edib. Eləcə də, düşmən ölkənin mediası bu görüntüləri qorxu içində yayımlayıblar.

Dövlət başçısının dediyi kimi, əgər onlar bir güllə də atmağa cəsarət göstərsələr, məhvə məhkum olacaqlar. Bu görüntülər həm də onu sübut edir.

Xalqımız bu mənzərəni görmək üçün çox gözləmişdi. Artıq bunlar reallıqdır, Azərbaycan xalqı namümkünü mümkün etməyi bacardı.

İlham Əliyevin dediyi kimi, onları yurdumuzdan iti qovan kimi qovduq. Paslı lövhələri isə torpaq tez ağuşuna alır...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz