Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır.
Qeyd edək ki, əvvəl bu müddət 7 dekabr saat 06:00-dək müəyyən edilmişdi.