Axtarış...

Azərbaycanda bayram günlərində çölə çıxmaq qadağası qoyula bilər-AÇIQLAMA


MilliTV/az

Türkiyədə Yeni il ərəfəsində küçəyə çıxmaq yasaqlana bilər. Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi yanında Elm Qurumunun üzvü Mustafa Necmi İlhan bildirib. Alimin sözlərinə görə, bayram ərəfəsində insanların kütləvi surətdə küçəyə axışması yoluxma sayında yeni rekordlara səbəb ola bilər. Buna görə də ilin sonunda və 2021-ci ilin ilk günlərində 4 günlük küçəyə çıxma qadağasının tətbiq edilməsi müzakirə edilir. Azərbaycanda bayram günlərində insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, bizdə də bu qadağa tətbiq edilə bilər:

"Bayram günlərində şəhərin ortasında kütləvi toplaşmaya və şənliklərin keçirilməsinə qadağa qoyulacaq. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında hərəkət edir, uyğun da qərarlar verilir. Hesab edirəm ki, sərt karantin tədbirləri məsələnin həlli deyil. Laçının işğaldan azad edildiyi gündə insanlar maskasız, sosial məsafəni qorumadan küçəyə axışdılar. Əlbəttə ki, buna nəzarət edilməlidir. Qadağalar heç nəyi həll etməyəcək. Çünki əhalinin böyük hissəsi yoluxub. Vəziyyət artıq kollektiv immunitetə doğru gedir. Düşünürəm ki, bu virus kollektiv immunitetlə azalıb yoxa çıxacaq".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz