Noyabrın 11-i gündüzdən 13-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Noyabrın 11-i gündüzdən 13-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.