Axtarış...

Prezident: “Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”



“Vətən müharibəsi gedir. Yaxşı yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğaldan azad edilib”.

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib.

“Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək.

İlkin məlumatlar gəlib. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik. İşğalçıları torpaqlarımızdan qovacağıq”, - deyə Prezident bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz