Axtarış...

Dərs ilinin müddəti uzadılacaq? - Rəsmi AÇIQLAMA


Özəl məktəblər və liseylərdə ödənişlərlə bağlı qərar həmin müəssisənin rəhbərilə valideyn arasında müəyyənləşir.
Bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

Ali təhsil müəssisələrindəki ödənişlərə gəldikdə, nazir deyib ki, tətil müddətləri dərs müddətlərilə kompensasiya ediləcək:

“Bu baxımdan təhsil müddətinin azaldılması nəzərdə tutulmur ki, ödənişlərə dəyişiklik edilsin”.

Onun sözlərinə görə, qarşıdakı həftələrdə yoluxma sayının artımı gözlənilir:

“Hazırda biz prosesin ortasındayıq. Ona görə də indidən hansısa qəti fikir bildirmək doğru deyil”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz