Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.
Oxu.Az-ın əldə etdiyi məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib.
Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib.