Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevın nüfuzlu “Euractiv.com” saytında məqaləsi dərc olunub.
H.Hacıyev bu barədə “Twitter” hesabında yazıb.
“Euractiv.com”da dərc olunan yazıda prezidentin köməkçisi Ermənistanın Azərbaycanın yaşayış ərazilərinə və kritik əhəmiyyətli infrastrukturuna hücumlarının humanitar fəlakət törədə biləcəyini qeyd edib.
H.Hacıyev həmçinin Ermənistanın 27 sentyabrda təxribat xarakterli hücumları və ölkəmizin buna cavab olaraq öz xalqını qorumaq üçün cavab tədbirləri gördüyünü bildirib.
Prezidentin köməkçisi Ermənistan Silahlı Qüvvələrinin Xızı və Abşerona raket atmasını və Gəncə şəhərinə 11 oktyabrda endirilmiş raket zərbəsini xüsusi vurğulayıb, Gəncəyə endirilən raket zərbəsi nəticəsində 10 dinc sakinin həlak olduğunu qeyd edib.
Attacks by Armenia against Azerbaijani civilians and critical infrastructure should not be overlooked https://t.co/ILKhoy0gHM
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020