“Son günlər Ermənistanın Azərbaycana hücumu nəticəsində 14 bölgədə 420 məktəb öz fəaliyyətini bu və ya digər formada müvəqqəti məhdudlaşdırıb və ya dayandırıb”.
Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, düşmənin mülki əhaliyə hücumu nəticəsində bir müəllim yaralanıb:
“Düşmənin mülki ərazilərə artilleriya atəşi nəticəsində mülki ərazilərdə doqquz məktəb bu və ya digər formada zərə görüb. Düşmənin mülki ərazilərə hücumu nəticəsində iki məktəbli həlak olub, bir müəllim yaralanıb".