Axtarış...

Əli Həsənovun yaratdığı mexanizm hələ də saat kimi işləyirsə... - o, “dərdləriylə yox, sevinciylə baş-başadır”

Atif Yılmazın çəkdiyi, Türk kinematoqrafiyasının məşhur artistlərinin oynadığı “Kibar Feyzo” filmində bir səhnə var: başlıq pulu toplamaq üçün İstanbula gedən Feyzo orada pulla girilən tualet görür, kəndə qayıdıb tələm-tələsik tualet açır, başlıq pulunun yarısını nəğd istəyən qaynatası da daxil olmaqla, kəndlilərdən pul alır. O vaxta qədər tualet görməyən adamlardan biri deyir ki, kəndimizi p.... götürəcək. Xəbər kəndin sahibi Maho ağaya çatan kimi atıyla tualetin o

Atif Yılmazın çəkdiyi, Türk kinematoqrafiyasının məşhur artistlərinin oynadığı “Kibar Feyzo” filmində bir səhnə var: başlıq pulu toplamaq üçün İstanbula gedən Feyzo orada pulla girilən tualet görür, kəndə qayıdıb tələm-tələsik tualet açır, başlıq pulunun yarısını nəğd istəyən qaynatası da daxil olmaqla, kəndlilərdən pul alır. O vaxta qədər tualet görməyən adamlardan biri deyir ki, kəndimizi p.... götürəcək. Xəbər kəndin sahibi Maho ağaya çatan kimi atıyla tualetin olduğu yerə gəlib Feyzoya deyir ki, “bu nə ulan, ağanın p.......nun üstünə p..... olurmu?” Əlbəttə, Feyzo üçün kəndin təmizliyi yox, pul maraqlı idi, onun yalvarışına baxmayaraq, Maho ağa işarə verən kimi tualet yerlə bir edilir. Beləliklə, Maho ağa kəndə təmizlik gəlməsinin qabağını müəyyən müddətə alır.

Bax, mətbuatın vəzifəsi də ölkəyə təmizlik gətirməkdir, ayna vəzifəsini yerinə yetirib pisliklərin qabağını almaqdır. 25 il Azərbaycan dövlətinin ən yüksək kreslolarından birində oturumuş Əli Həsənov “Kibar Feyzo” filminin qəhrəmanının kəndə gətirdiyi tualeti yerlə bir etdirən Maho ağayla, semantika baxımından eyni işi görüb: biri kənddə təmizliyə xidmət edəcək tualeti, o biri isə ölkədə təmizliyə xidmət edəcək medianı yerlə bir edib. Lütfən, Atif Yılmazın filmindəki Maho ağa ilə Azərbaycan mətbuatını 25 il dizayn etmiş Əli Həsənovun fotolarını və ya video kadrlarını yanaşı qoyub müqayisə edin, sanki rejissor Atif Yılmaz 1978-ci ildə Maho ağa roluna 2008-ci ilin Əli Həsənovunu seçibmiş.

Mətbuat- bəşəriyyətin inkişafının tələbinə uyğun olaraq meydana çıxmış fenomendir, feodalizmdən sənayeləşməyə keçilən dövrün özü ilə gətirib-gəldiyi tələbə ağıllı insanların verdiyi müsbət cavabdır. Poçt qutusu da xanlıqdan dövlətə keçidin gətirib gəldiyi tələb idi, bunu dərk etməyən Novruzəli məktubları poçt qutusundan götürüb ünvanına çatdırmağa borclu olan poçt məmurunu döymüşdü. Poçt məmurunu döyən Novruzəli ilə bu gün demokratiyaya müqavimət göstərən Siyavuşun arasında semantk baxımdan heç bir fərq yoxdur, ikisi də zamanın tələbinə, yeniliyə, sürətə əngəl olmağa çalışır.

Cəlil Məmədquluzadənin “Danabaş kəndinin məktəbi” komediyasında uçitel Həsənov kənd uşaqlarına səsli əlifbanı öyrətməyə çalışır, dərsləri o əlifba ilə keçməyə təşəbbüs göstərir. Oğlunun oxuduğu sinfə girən danabaşlı valideynin fikri isə hələ də köhnə ərəb əlifbasında, şəkil əlifbasındadır, o danabaşlı “zvukovoy sposob”u qəbul edə bilmir, uçitel Həsənov yazı taxtasına səsli əlifbada “ot” sözü yazıb deyəndə ki, burada 2 hərf var, danabaşlı valideyn deyir ki, xeyr, “ot” sözündə 3 hərf var, əlf, vav, te. Bu da yeniliyə müqavimətin başqa bir örnəyidir. Cəlil Məmmədquluzadə danabaşizmin yeniliklərə qarşı barışmaz mübarizəsini 30 il yaza-yaza axırda belə qənaətə gəlmişdi ki, bunun axırı “Dəli yığıncağı”dır.

Mətbuat dünyanın yenilənməsi üçün meydana çıxmış unikal br fenomendir, XİX əsrin təbəəsi (vətəndaşı yox) öz şüursuzluğu ucbatından bu fenomenin cəmiyyətdə yayılmasına əngəl olmağa çalışa bilərdi. XX əsrin dövlət məmuru aldığı tapşırıqlara görə toplumun dərdlərini yazan mətbuata senzura qoymağı özünün işi hesab edirdi. Cəlil Məmmədqulzadə öz xatirələrində “Molla Nəsrəddin” jurnalına göz verib işıq verməyən senzura işçiləri Kişmişov və Qaragözovdan bəhs edir, milli mətbuatımıza qənim kəsilmiş bu iki senzura məmuru barədə Məmmədşəfi Mirzəyevin yazdığı kitab uzun müddət Əlyazmalar Fondunun arxivində qalmışdı, səhv etmirəmsə, müstəqillik vaxtında işıq üzü görüb. Kişmişov və Qaragözovun milli mənsubiyyətlərini yadınıza salanda başda “Molla Nəsrəddin” jurnalı olmaqla, onların Azərbaycan dilli mətbuata qənim kəsilmələrinn səbəbi də anlaşılır, elə deyilmi? Düz tapdınız, onların məqsədi həm senzura məmurluğu, həm də o məmurluğun səlahiyyətlərindən maksimum dərəcədə istifadə edərək bizim inkişafımızın, millət olmağımızın qabağını almaq, bu prosesi əllərindən gəldiyi qədər tormozlamaq, yavaşlatmaq idi. Yəni, sənayeləşmənin, yeniləşmənin, inkişafın tələbi kimi meydana çıxan mətbuatın əl-qoluna buxov vuraraq, təbəənin vətəndaş olmasını əngəlləmək idi Qaragözovların, Kişmişovların əsas məqsədi. Bizi özlərindən və başqa toplumlardan bu şəkildə geridə qoyacaqlarını çox yaxşı bilirdilər. Ona görə o əngəli kimin qoymasından asılı olmayaraq, mətbuatın önünə qoyulan maneə istənilən toplumu geriyə aparır, millətləşmə prosesindən keçərək vətəndaşlıq haqlarını tələb edən, alan toplumları yenidən feodalizmə qaytarmağa, təbəə halına gətirməyə xidmət edir.

Şərəfli tarixi olan Azərbaycan mətbuatının taleyini Əli Həsənov kimi ağıl tarazlığı yerində olmayan (psixatriya xəstəxanasına göndərsinlər, mənə haqq verəcəklər) bir feodal ağası ədasındakı adama əmanət etmək, Azərbaycana çox baha başa gəlmişdir. Şübhəsiz ki, arxasında duran qüvvədən əmr və təlimatlar almasaydı, Azərbaycan dövlətinin bu yüksək vəzifəli məmuru, Türkiyədəki deyimlə ifadə etsək, “mətbuatın kürəyində boza qaynada bilməzdi”. İpə-sapa yatmayan vaxtlarında, “ailə üzvlərimin biznesiylə fəxr edirəm” - dediyi zamanlarda dəfələrlə yazdıq ki, belə dövlət məmuru olmaz, bu, feodal ağası dövlətə meydan oxuyur. Ancaq dövlət o vaxt belə hesab etdi ki, bu feodal təfəkkürlü insandan istifadə müddəti hələ başa çatmayıb. Ona görə də Maho ağa gücləndikcə gücləndi, mətbuatı ala bildiyi qədər öz nəzarəti altına aldı. Bişmiş kəllə kimi onun yanında diş ağardanlar şəkil çəkdirməkdən utanıb-qızarmaq nədir, o şəkilləri fəxrlə namuslu insanların gözlərinə soxmağa çalışdılar. Şübhəsiz ki, indi “Məni öz dərdlərimlə baş-başa qoyun” - deyən Maho ağanın ən böyük peşmanlığı, yanında bişmiş kəllə kimi irişən o tiplərlə çəkdirdiyi fotolardır. Çünki hamısı Çaykur Rizesporun keçmiş futbolçusunun soyadı kimi, Tozo olublar, nə qadınının nə də kişisinin dünənə qədər onlara ağalıq etmiş bir adamın kefini xəbər almağa ləyaqəti çatmır.

Dövlətin yüksək kreslolarından birində oturan məmur, medianın 90%-ni “Sədaqətli jurnalistika” paroluyla öz caynaqları arasına almaqla kifayətlənsəydi, dərd yarı idi, o, dövlətin agentliyini əlindən gəldiyi qədər həmyerlilərinin yem mənbəyinə çevirdi. Məsələn, Türk əlifbasının hərflərini tanımayan bir adamı dövlət agentliyinin Türkiyə müxbiri vəzifəsinə göndərdi. Gücləndikcə ipə-sapa yatmayan, iylənmiş və paslanmış ehtiraslarını cilovlamağı ağlından da keçirməyən Maho ağa axırda dövlətin başçısını açıq-aşkar aldatmaqdan çəkinmədi: prezident Əliyevin birbaşa təşəbbüsü və təlimatıyla jurnalistlər üçün tikilən mənzillərin bölgüsündə ortaya çıxan mənzərə bunun ən konkret örnəklərindən biridir.

Əli Həsənova “Get, ölkənin mətbuatını darmadağın et”- şəklində təlimat verildiyini düşünmürəm. Əlbəttə ki, o, tapşırıqları yerinə yetirib. Ancaq görünür, verilən tapşırıqları yerinə yetirəndə qeyri-məhdud səlahiyyətə malik olduğuna ləqəbinin Maho olduğu qədər inanıb ki, dünyanın heç bir dövlət məmurunun deməyə cəsarət edə bilməyəcəyi “Ailə üzvlərimin bznesiylə fəxr edirəm”- deyə dövlətə meydan oxuya bilib və nəhayət, onu ən yaxınına qədər buraxan dövlət başçısını da aldatmaqdan zərrə qədər çəknməyib. Bu cür nəzarətsiz bir dövlət idarəçilyinə tarixin şahid olduğuna inanmıram. Ancaq dövlət idarəçiliyindən uzaqlaşdırılan Əli Həsənovun medianı dünyada analoqu olmayan vəziyyətə salmasından bu gün xəstəxanada da olsa, özünün çox məmnun qaldığına şübhə etməmək lazımdır. Necə məmnun olmasın? Prezident Administrasiyasında birgə işlədiyi kadrlar öz yerlərində, dövlət agentliyindən xaricə “müxbir” kimi göndərdiyi və dövlət üçün üz qarasından başqa bir şey olmayan adamların hamısı öz yerlərində, dünənə qədər onun nəzarəti altında dəstək verilən qəzetlər, internet saytları yenə dəstək almağa davam edirlər, jurnalistlər yenə həm ev, həm də KİVDF kimi əcaib təşkilatın dəstəyi üçün baş yarıb sinə cırırlar. Bir ölkəni 150 il geriyə atmaq üçün bundan gözəl mexanizm ola bilməzsə və Əli Həsənovun yaratdığı o mexanizm saat kimi işləyirsə, Əli Həsənov “dərdləriylə yox, sevinciylə baş-başadır”. İnsanları yaşadan dinamika onların əsərləridir, Azərbaycan mediası Əli Həsənovun əsəri kimi qalmağa davam etdiyi müddətcə o da yaşayacaqdır. Fiziki ölüm, mərhum Erbakanın dediyi kimi, “faso-fiso”dur, əsas şey həyata keçmiş planların yaşamasıdır.

Bişmiş kəllələrlə çəkdirdiyi şəkillərin aqibətini soruşdunuz, eləmi? Sizcə, o bişmiş kəllə kimi irişənlərin o şəkilləri soxmağa yer tapmaları çətin məsələdirmi? Bax, Mahoizmin əsərlərinin son dərəcə uğurlu nəticələrindən biri də budur. Ona görə heç kefinizi pozmayın. O bişmiş kəllələr olduğu müddətcə Əli Həsənov yaşayacaqdır. Mən də buradan öz dərdləriylə yox, öz sevinciylə baş-başa olan Əli Həsənovu ürəkdən salamlayır, qoyub getdiyi əsərin daha uzun ömürlü olmasını diləyirəm. Ölkəmizi daha da geriyə aparması üçün...
Mayis Əlizadə //dominant.az//lduğu yerə gəlib Feyzoya deyir ki, “bu nə ulan, ağanın p.......nun üstünə p..... olurmu?” Əlbəttə, Feyzo üçün kəndin təmizliyi yox, pul maraqlı idi, onun yalvarışına baxmayaraq, Maho ağa işarə verən kimi tualet yerlə bir edilir. Beləliklə, Maho ağa kəndə təmizlik gəlməsinin qabağını müəyyən müddətə alır.

Mayis Əlizadə //dominant.az//
Text-to-Speech

DİNLƏ

Daha çox xəbər

Şərh yaz