Sambo üzrə 9 qat dünya çempionu polis polkovnik-leytenantı Ceyhun Məmmədovun rəhbəri olduğu Azərbaycan Sambo Federasiyasında yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, iş adamı Murad Cəfərov Azərbaycan Sambo Federasiyasının Döyüş Sambosu üzrə Vitse-prezidenti vəzifəsini icra edəcək.
Həmçinin Murad Cəfərov Azərbaycan Brazilya Ciu-Citsu Klubu İctimai Birliyinin vitse-prezidentidir.
Qeyd edək ki, Murad Cəfərovun dayısı Həsənov Rövşən görkəmli şərqşünas alim, akademik Ziya Bünyadovu qətlə yetirən silahlı qruplaşmanın tərkibində olub. O, bu əməllərinə görə 2000-ci ildə 14 il həbsə məhkum edilib və 9 il 8 ay həbsxana həyatı keçirib.