Axtarış...

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 137 yeni yoluxma - FOTO





Azərbaycanda koronavirus infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6422 test aparılıb.

Aktiv xəstə sayı isə 1956 nəfərdir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz