MilliTV.az
Dekabr ayında koronavirus Çində ilk dəfə göründükdən sonra tədricən demək olar ki, bütün dünyaya yayıldı. Hazırda koronavirusundan təsirlənməyən yalnız bir neçə ölkə var.
Artıq bir çox ölkələrdə gündəlik yoluxma və ölüm sayı azalır. Lakin pandemiya dövründə elə ölkələr də oldu ki, orada nə koronavirusa yoluxma, nə də ölüm faktı qeydə alınmadı. Belə ölkələrdən biri Vanuatu və ya rəsmi olaraq Okeanda yerləşən Vanuatu Respublikasıdır. Cənubi Sakit Okeanda yerləşən bu ada ölkəsi tamamilə təcrid olunub və hələlik orada heç bir yoluxma və ölüm faktı olmayıb.
Sonxeber.az xəbər verir ki, Vanuatu Avstraliyadan təqribən 2 min kilometr şərqdə yerləşir. Yerləşdiyi məkana görə digər ölkələrə nisbətdə daha çox təcrid olunub.
Vanuatu beynəlxalq təşkilatlar tərəfindən 2006 və 2010-cu illərdə dünyanın ən xoşbəxt insanlarının yaşadığı ölkə elan edilib.
Ölkənin iqtisadi dəyərinin üçdə ikisi 2015-ci ildə baş verən Pam qasırğası səbəbindən məhv olub. Təəssüf ki, ölkədə səhiyyə sistemi də inkişaf etməyib.
300 min əhalisi olan Vanuatunun 83 adasının 65-ində daha çox insan yaşayır. Ölkə qazancını əsasən özünəməxsus çimərlikləri ilə turizmdən əldə edir. Ən çox gəliri isə bura "bal ayı"na gələnlər qazandırır.
Okeanda bir növ cənnət sayılan bu ölkə həm də dalğıcların sıx yaşadığı bir yerdir. Adaların əksəriyyətində golf sahələri var. Bundan əlavə burada balıqçılıq, sörfinq və müxtəlif su idman növləri üçün də mükəmməl şəraitlər var.
Vanuatuda koronavirusa yoluxma halı niyə yoxdur?
Vanuatuda koronavirusun yayılmasının qarşısını almaq üçün hökumət 26 martda fövqəladə vəziyyət elan etmişdi. Bundan sonra isə bütün hava limanları bağlandı. Hətta adalar arasında səyahət də qadağan olundu.
İqtisadiyyatı turizmə çox güvənən bir ölkə üçün bu proses çox çətindir. Lakin koronavirusdan qorunmaq üçün buna getməyə məcbur oldular və istədikləri oldu.(musavat.com)