Axar.az xəbər verir ki, qədimi bazar ən müasir tələblər çərçivəsində tikiləcək. Layihəyə əsasən bazarın inşası iki əsas istiqamət üzrə aparılacaq. Tikintidə şəhərin qədimliyi, həmçinin müasirliyi əks olunmalıdır. Ayrıca Gəncə şəhərini tərənnüm edən tarixi arnamentlərdən də istifdə ediləcək. Gəncə bazarının bir hissəsi ilin sonunadək, ümumilikdə isə tam istifadəyə verilməsi 2021-ci il ərzində nəzərdə tutulub.