Teref.az xəbər verir ki, Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə aid videomüşavirdə əsas tənqid hədəflərindən biri də “Meliorasiya və Su Təsərrüfatı” ASC olub. Prezident açıq mətnlə bildirib ki, Azərbaycanda su təsərrüfati başlı-başına buraxılıb. Prezident deyib:
“Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox”, - deyə Prezident vurğulayıb.
Ölkə başçısının bu məsələyə xüsusi diqqət yetirməsi, ayrıca müşavirə keçirməsi və müvafiq qurumları, əsasən də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nı tənqid atəşinə tutması artıq hakimiyyətin zirvəsində də “Meliorasiya və Su Təsərrüfatı” ASC fəaliyyətindən ciddi narazılığın olduğunu göstərir.
Bunları nəzərə alaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-in adətən kölgədə qalmağı ustalıqla bacaran, çox az hallarda medianın nəzərinə çarpan, lakin deyilənlərə görə
“Meliorasiya və Su Təsərrüfatı” ASC-in çox işlərində açar rolunu oynayan ASC-nin Aparat rəhbəri Cahan Məmmədov barəsəində səhifələrimizdə gedmiş, bu güə qədər təkzib olunmamaış araşdıma yazını yenidən diqqətinizə təqdim etməyi lazım bildik:
“Meliorasiya və Su Təsərrüfatı” ASC-in kölgədə qalan korrupsiya "nəhəngləri".....
Azərbaycanda korrupsiyaya bataqlığında çabalayan qurumlardan birinin Meliorasiya və Su Təsərrüfatı ASC olması hər kəsə bəllidir. İllərdi dövlət büdcəsindən bu quruma ayrılan milyardlarla manat vəsaitin böyük bir hissəsinin mənimsənilməi göz qabağındadır.
Bu barədə faktlar da ortalıqdadır. Və uzun illərdir ki, bu faktlar ortalıqda durmaqdadır. Son olaraq qurumdakı korrupsiya və mənimsəmə hallarının miqyasını ASC rəhbərinin ölkə xaricində aşkarlanan böyük biznes şəbəkəsi ortaya qoymuş oldu.
O da heç kimə sirr deyil ki, bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya çevriliblər. Əlbəttə ki milyonçuya çevrilən bu idarə müdirləri dövlət büdcəsindən oğurladıqları pullar hesabına kiçik oliqarxllara çevriliblər. Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə müdirlərinin Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi havadarları mövcuddur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə qurumda idarə müdirlərinə havadarlıq edən ayrı-ayrı iri çaplı məmurlar əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin vitse prezidentləri və Aparat rəhbərliyi səviyyəsində hayata keçirilir. ASC-nin Aparat rəhbəri Cahan Məmmədov qurumda korrupsiyanın idarə olunmasında əsas “kuratorlardan” biridir. C.Məmmədov haqda məlumatlara keçməzdən öncə cumhuriyyet.az oxuculara qısa olaraq onun tərcümeyi halını təqdim edir:
1949-cu ildə Tovuz rayonunda anadan olub.
1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək, iqtisadçı ixtisasını alıb.
1968-1970-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
1970-1972-ci illərdə Bakı Baş tikinti idarəsində çilingər; 1972-1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı;
1976-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində böyük mühəndis-iqtisadçı, şöbə rəisi, Baş idarəsinin rəisi; 1986-1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Baş idarənin rəis müavini, rəisin birinci müavini, Baş idarənin rəisi;
1989-1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Baş İdarənin rəisi;
1992-1993-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyin «Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyində sədrin birinci müavini, sədri;
1993-1997-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini və «Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyinin sədri;
1997-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vvəzifələrində çalışıb.
2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir.
1978-ci ildə “Sosializm yarısının qalibi” medalı, 1982-ci ildə “Şərəf Nişanı” ordeni və 2016-cı ildə “Tərəqqi medalı” ilə təltif olunub.
1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində “Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı” mövzusunda iqtisad elmləri namizədi dərəcəsini müdafiə edib.
1994-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasında müəllim işləyib.
Aqrar sənaye kompleksinin idarə edilməsi, təkminləşdirilməsi, inkişafı və prespektivləri barədə çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri, monoqrafiya və elmi əsərləri var. Aqrar sahədə mövcud vəziyyət və onun gələcək inkişafı mövzusunda keçirilən beynəlxalq konfranslarda, seminarlarda və formlarda çoxsaylı məruzələrlə çıxış edib.
Qeyd edək ki, Cahan Məmmədov qurumda əsasən Qərb rayonlarından olan idarə müdirlərinə himayədarlıq edir. Bu rayonlar isə Tovuz, Qazax, Ağstafa, Şəmkir, Göygöl, Samux və digər rayonlar olduğu bildiriilir. Mediada yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qərb regionu ilə bağlı “xaç atası” olmaqla yanaşı, həmçinin geniş əlaqələrə sahib biri kimi tanınır. Cahan Məmmədovun da öz şefi Əhməd Əhmədzadə kimi ölkədə və ölkə xaricində biznes şəbəkəsi olduğu da vurğulanır. Qeyd edək ki, Tovuz Rayon icra başçısı (el arasında zəhər Mamed kimi tanınan) Məmməd Məmmədov Cahan Məmmədovun qadaşıdır.
Aparat rəhbəri Cahan Məmmədov qurumun daxilində fəaliyyət göstərən “yardımçı təsərrüfat”ların gəlirlərini mənimsəyir. Qeyd edək ki, hələ sovet dönəmindən Meliorasiya və Su Təsərrüafatının nəzdində bütün rayonlarda “yardımçı təsərrüfat”lar fəaliyyət göstərib. Həmin “yardımçı təsərrüfat”larda iri və xırda buynuzlu heyvanlar bəslənilib, eyni zamanda əkin sahələrində kənd təsərrüfatı malları istehsal olunub. Əldə olunan məhsul daha ucuz qiymətlə Meliorasiya və Su Təsərrüafatının rayonlardakı idarələrinin fəhlələrinə qiymətə satılıb. Müstəqillik illərindən sonra isə bu “yardımçı təsərrüfat”lar idarə müdirlərinin “mülkiyyətinə” çevrilib və faktiki olaraq on hektarlarla əkin sahələri və böyük heyvandarlıq kompleksləri olan bu təsərrüfatlarda idarə müdirlərinin şəxsi “mülkü” kimi idarə olunub. Bununla bağlı pia.az-da yayımlanan məlumata görə Cahan Məmmədov son bir neçə il müddətində bütün rayonlarda “yardımçı təsərrüfat”ları öz nəzarəti altına alıb. Artıq həmin təsərrüfatların gəlirləri ASC-nin rayon idarə müdirləri ilə Aparat Rəhbəri arasında bölünür. Daha doğrusu gəlirin böyük bir hissəsi Cahan Məmmədovun cibinə axır.
İddilara əsasən Cahan Məmmədovun adamları hər il bütün ölkə üzrə bazarlara minlərlə, bəlkə də on minlərnə qoyun-quzu çıxartdaraq satdırır. Formal olaraq isə bazarlarda satılan qoyun quzuların çox kiçik bir qismi sənədləşdirilərək müxtəlif işlərin görülməsi adı altında silinir. Məlumata görə Cahan Məmmədovun Tovuzda böyük təsərrüfatı var. İddiaya əsasən bu təsərrüfatdakı qoyun quzuların əksəriyyəti həmin “yardımçı təsərrüfat”lardan gətirilib.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq! Teref.az